Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Cümə, 19.04.2024, 05:02
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 29 » Ürəyini sağda daşıyanlar -Araşdırma
    16:53
    Ürəyini sağda daşıyanlar -Araşdırma



    "Orqanların tərsinə yerləşməsi heç də qorxulu vəziyyət deyil”

    Adam təngnəfəs olanda, qacanda ürəyinin döyüntülərini eşidir. Dəqiq bilir ki, bədənin sol tərəfində, yuxarıda tələsən nəsə var. Bəzən, vərdişdən olur, ya necəsə əlini tez həmin nahiyyəyə qoyur. Xüsusən də, üzdən iraq ürəklə bağlı problemləri olanlar, bu vərdişlərindən tez-tez istifadə edirlər. Amma etiraf edək ki, elələri də var ki, heç ömrünün sonuna qədər ürəyinin yerini bilməyə ehtiyac duymur. Burada o kəsin bir az da həyata baxışı, laqeydliyi, biganəliyi rol oynayır . Axı xalq dilində desək, dərd çəkməyi bilməyən, fikir etməyənin ürəyində ( irsi xəstəlik olmasa) necə ağrı, narahatçılıq ola bilər? Amma dünyada ilahinin yaratdığı elə insanlar da var ki, onların ürəyi adət etdiyimiz yerdə olmur. Ürək solda yox, sağda yerləşir. Bəzən bu insanlar həyatının hansısa anında bundan xəbər tuturlar. Qəribə də olsa, təəccüblənərək özlərini nadir hesab etməli olurlar. Tibbdə bu vəziyyət qeyri-normal, anomaliya kimi qiymətləndirir və elmi dildə dekstrokardiya adlandırılır. Bu barədə daha sonra.



    "Ay bala tərsinə dayanma”

    Mövzunun qəhrəmanı Bəhlul Əsgərov adlı gənc belə nadir insanlardandır. Hazırda 29 yaşında olan Bəhlul özünü nadir hesab etməsə də, hamı kimi olmadığını deyir. Hər halda belə insanlar ətrafımızda az –az ortaya çıxır. Bəhlul vəziyyəti barədə yalnız səkkiz yaşında bilib. Dekstrokardiya vəziyyəti anadangəlmə olur. Amma səkkiz yaşına qədər hər hansı problemlə qarşılaşmadığından, sağlamlıqla bağlı ciddi şikayəti olmadığından xəbərsiz olub. Amma məktəbdə, idman dərsində qaçmaqdan bir təhər olan Bəhlul validenlərinə "ürəyim bu tərəfdə döyünür”-, deyib. Əlbəttə ki, ana-ata da buna inanmayıb və onun döş nahiyəsində vəziyyəti yoxladıqdan sonra təəccübləniblər, həkim-kardioloqa müraciət etmək qərarına gəliblər. Həqiqətən də, rentgen müayinəsindən sonra səkkiz yaşlı uşağın ürəyinin sag tərəfdə yerləşdiyi tibbi şəkildə təsdiqlənib. Onun həm də qaraciyəri də yerdəyişmə edib. Qaraciyər sağ əvəzinə solda yerləşir. Bəhlulun bu diaqnozu dəqiqləşdirildikdən sonra həkim nəzarətində qalmalı olub. O yadında qalan gülməli bir məqamı yadına salır: "Müayinəyə getmişdim, rentgenoloq mənə hirsləndi ki, ay bala tərsinə dayanma, düz dayan şəklini çəkim”. Amma o da həqiqəti biləndə təəccübünü gizlətmədi. Mən bir müddət həkim nəzarətində qaldım. Çünki, çox az hallarda belə orqan yerdəyişməsinə malik insanlar həyatı boyu problemsiz yaşayır. Bəhlulun sözlərinə görə, o, bir müddət əvvəl revmakardit diaqnozu ilə müalicə alıb. Sonuncu dəfə səkkiz il əvvəl həkim qəbulunda olan müsahibim hazırda özünü yaxşı hiss etdiyini bildirir. Bəhlul "Allah məni belə yaradıb, neyləyim”, deyir.


    Bəxtiyar Vahabzadənin də ürəyi sağda idi

    Tibbi nəzəriyyədə dekstrokardiya, yunancadan "sağ ürək” kimi tərcümə olunur. Ürək sanki sinədə "güzgüdə əksi” kimi yerləşir. Bu barədə ilkin təsvir və fikirlər hələ 1643-cü ildə insan anatomiyasını araşdıran Marko Aurelio Severino tərəfindən yürüdülüb. Bir qisim mütəxəsislərə görə, bu hal on mində bir, digər qisminin araşdırmasına görə isə, yüz mində bir insanda rast gəlinir. Dekstrokardiyanı elektrokardioqrammada da müəyyən etmək olar. Dekstokardiyanın formaları var. Ola bilər ki orqanda yalnız ürəyin yeri dəyişmiş olsun. Bəzən ürəklə yanaşı, diğər orqanlar qaraciyər, dalaq, mədə, bağırsaqda appendiks çıxıntısı da əks vəziyyətdə, insanının orqanlarının xəritəsinə uygun olmayaraq tərsinə yerləşir. Bu orqan yerdəyişməsinə tibbdə dekstrokardia situs invertus deyirlər. Bu vəziyyət doğuşdan olur. Anadangəlmə anomaliya hesab olunsa belə, müasir tibb bunun insan üçün heç bir həyati risk daşımadığını xəbərdar edir. Çox vaxt bu vəziyyətdən illər boyu xəbərsiz olaraq yaşayanlar da var. Misal üçün, ötən il Türkiyənin əyalətlərinin birində yaşlı kişi yalnız 64 yaşında ürəyinin sağda yerləşdiyini bilib. Başqa orqanının əməliyyatına hazırlaşan xəstə bundan həkimlərin ürəyini müayinə edərkən xəbər tutub.

    Dekstokardiya ilə bağlı həkimlər xəstələrinin narahat olmamasını məsləhət görürlər. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevinc Quliyevanın sözlərinə görə, söhbət gedən vəziyyət irsi xüsusiyyət daşımır. Sadəcə, bu vaxta qədər də tam məlum olmayan səbəblərdən körpələr bu anomaliya ilə doğulurlar. Kardioloqun fikrincə, belə insanların müalicəsinə ehtiyac varsa, bunu yalnız mütəxəsislər həyata keçirməlidirlər.

    Mövzunun eksperti tibb elmləri namizədi, kardioloq Firdovsi İbrahimov sıxlıqla olmasa da belə xəstələrinin olduğunu bildirir. Həkimin sözlərinə görə, ürəyini sağda daşıyan insanlarda bəzən heç bir problem olmur. Sadəcə, onların xəbərdar olması vacib sayılır. "Elə insanlar da var ki, orqan yerdəyişməsindən problemlər yaşayır. Ürəyin sağda yerləşməsi qan-damar xəstəliklərinin və diğər patalogiyaların yaranmasına yol aça bilər. Belə insanların vaxtaşırı müalicəsi gərəkdir. Hətta buna qeyri-normal hal kimi baxmaq da lazım deyil. Misal üçün, böyük xalq şairimiz, ölməz sənətkar Bəxtiyar Vahabzadənin də ürəyi sağda idi, amma o 83 yaşına qədər yaşadı, xalqına xidmət etdi. Deyirlər ki, bu qüsura görə, oğlanlar hərbi xidmətə də getməməlidirlər. Doğru fikir deyil, bu halda hər kim tam sağlamdırsa, normal həyatına davam edə bilər.” Həkimin sözünə qüvvət, hərbi xidmətə getmək üçün sadəcə ürəkli, cəsur olmaq lazımdır.

    Bəs anadangəlmə bu vəziyyəti doğuşdan qabaq ultrasəs müayinəsi (daha dəqiq metod olan dopler müayinəsi) vasitəsiylə bimək olarmı? Firdovsi həkimin fikrincə, buna tibbdə artıq böyük qüsur baxılmadığı üçün müəyyən edildikdə də qorxmaq lazım deyil. "Ən əvvəl yenə də hər həkim bunu müəyyən edə bilməz, əgər bu hal ortaya çıxsa belə körpənin ürək qüsuru yoxdursa, onun doğulmasında problem olmamalıdır. Körpənin gələcək həyatında da bunu dərd etməyə dəyməz. ”


    Belə insanlar qeydiyyata alınmalıdır

    Dünyanın bir neçə ölkəsində dekstrokardiyalı şəxslər hər hansı qurumda qeydiyyata düşür. Məsəl üçün, qonşu Türkiyədə Sakin Uzun adlı şəxsin özünün və həkimin dekstrokardiyasından xəbərsiz olması bir çox problemin meydana gəlməsinə səbəb olub. Çətin vəziyyətə düşən bu vətəndaş ötən il Türkiyədə ilk dəfə dekstokardiyalı insanların dərnəyini yaradıb. Onun məqsədi belə insanların ortaq vəziyyətinin və qeydiyyatının rəsmiləşdirilməsini təmin etməkdir. Dərnəyə tanınmış kardioloq, professor Sahi Taşçıoğlu da dəstək verib. Mütəxəsisin fikrincə, qeydiyyat məsələsi dekstrokardiyalı insanların gələcək həyatında hər hansı ilkin tibbi yardımda, müdaxilədə həkimlərin işini də asanlaşdırar. Çünkü orqanların tərsinə yerləşməsini ən azı xəstə üzü bilməlidir. Bu barədə həkiminə bildirməli və mütəmadi müayinə olunmalıdır. Belə halda həmin insanın həyatı risk daşıması ehtimalı da xeyli azalar.

    Bütün hallarda ürəyimizin yerini bilək və hər işdə ürəkli olaq!

    Bölmə: Maraqlı | Baxılıb: 573 | Müəllif: ozdunyamiz | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz