Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Bazar ertəsi, 29.04.2024, 17:32
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 8 » "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri: "Azərbaycanın bu il də qalib olmaq şansı var"
    09:59
    "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri: "Azərbaycanın bu il də qalib olmaq şansı var"


    "Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri (exectuve supervisor) Yan Ola Sandın APA-ya müsahibəsi.

    - Çıxışınızda dəfələrlə Azərbaycandakı şounun çox özünəməxsus və möhtəşəm olacağını bildirmisiniz. Bu il müsabiqədə müxtəlif yaş kateqoriyalı təmsilçilərin yarışmasına necə baxırsınız? Sizcə, bu yarışmada müvafiq bir yaş həddi olmalıdırmı?

    - Bu hal olduqca sevindiricidir və bu onu göstərir ki, müsabiqə daha fərqli və müxtəlif insanları, kateqoriyaları, etnik mənsubiyyətləri cəlb edir. Nəticə isə belədir ki, yarışma daha da maraqlı olur. Bir şeyi qeyd etmək lazımdır ki, bu, mədəniyyət tədbiri üçün çox vacib bir faktordur və müxtəliflik tamaşaçılara da geniş şanslar verir.

    - Avropa Yayım Birliyi tərəfindən "Asiavision» musiqi yarışmasının keçirilməsi nəzərdə tutulur. Bu layihənin "Eurovision”a rəqib olmasından narahat deyilsiniz ki?

    - Bu yarışmanı keçirmək EBU deyil, EBU-nun digər ölkələrdəki qardaş təşkilatları tərəfindən həyata keçiriləcək. Onlar "Asiavision” etmək istəyindədirlər, amma bu layihənin konsepsiyası başqa cür olacaq. "Asiavision”un canlı yayımı, tamaşaçı səsverməsi olmayacaq. Ümumilikdə, onu deyə bilərəm ki, "Eurovision"dan böyük, dünyanı əhatə edəcək bir layihə etmək fikrində deyilik. Ərəb ölkələri və Cənubi Amerika bu cür layihələrə çox maraqlıdır, onlar belə bir şey yaratmaq istəyirlər. "Eurovision” bu gün necə işləyirsə, bundan sonra da ideal formada işini davam etdirəcək. "Asiavision”u isə Asiyada EBU-nun tərəfdaş təşkilatı həyata keçirəcək.

    - Builki 42 mahnını dinləmisiniz və fikriniz necədir? Bu il bir çox mahnılar ölkələrin öz dilində səslənəcək. Sizin buna münasibətiniz necədir?

    - Mahnıların hər biri üslub baxımından seçilir. Mən təmsilçilərin öz dilində oxumaq azadlığını yüksək qiymətləndirirəm. Onların bir çoxu öz dilində oxuyur və milli alətlərdən istifadə məni sevindirir. Hər il olduğu kimi, builki müsabiqənin də mahnıları cəlbedicidir.

    - Maraqlıdır, "Eurovision” mahnı müsabiqəsiin rəhbərliyini icra etdikdən sonra hansısa iştirakçıya səs vermisinizmi?

    - Bəli, səs vermişəm, amma kimə səs verdiyini açıqlamayacağam. Qoy bu sirr olaraq qalsın…

    - Hər il olduğu kimi, bu il də bukmekerlər müsabiqə iştirakçılarının şanslarını dəyərləndirir, "Eurovision” pərəstişkarları arasında səsvermə keçirilir. İsveç təmsilçisi Loreen hər iki səsvermədə ilk yerdədir. Sizin fikrinizcə, bu nəticə doğru ola bilərmi?

    - Bu marağa hər zaman çox diqqətlə yanaşıram. Doğrudur, bu il İsveçin mahnısı çox diqqət qazanıb. Ənənəvi olaraq, həm «Ogae»in, həm bukmekerlərin səsverməsini izləyirəm. Bu gün həqiqətən də çox adam İsveçdən danışır. Amma bir məqama diqqət çəkmək istəyirdim, çox illər olub ki, kimsə favorit sayılsa da, həmin iştirakçı aşağı yerlərdən birini tutub. Ötən il Böyük Britaniya, Fransa, İrlandiyaya da maraq çox idi və bütün səsvermələrdə ön sıralarda idilər. Ən vacib iki həftə hələ qabaqdadır, bu müddətdə böyük dəyişikliklər ola bilər. Həm də münsiflər heyəti var, onların fikri hələ məlum deyil.

    - Bu il "Eurovision”un 60-cı mahnısı qalib olacaq. Növbəti illərdə də belə hallar baş verdiyi təqdirdə hansı addımı atmaq fikrindəsiniz?

    - Bununla bağlı mexanizmimiz var və belə olacağı təqdirdə biz müvafiq addımlar atacağıq. Belə deyim, əgər belə bir hal baş versə, o zaman eyni bal toplamış ölkələrə verilən 12 balların çoxluğu hesablanacaq və daha çox 12 bal qazanan ölkə qalib olacaq.

    - Azərbaycanın ikinci il dalbadal "Eurovision”da qalib gəlmək şansı varmı?

    - Aydındır ki, Azərbaycan müsabiqəyə qatıldığı ildən bəri "Eurovision”a böyük maraq göstərir. Ümumiyyətlə, ev sahibi olan ölkənin üstünlüyü ondadır ki, hər zaman diqqət mərkəzində olur. Əlbəttə ki, Azərbaycanın bu il də qalib gəlmək şansı var.

    - Siz bu müddət ərzində Azərbaycana çox gəlib-getmisiniz. Layihə bitdikdən sonra "Odlar Yurdu” üçün darıxacaqsınız?

    - Darıxacağam, amma mən yenə də Azərbaycana gələcəyəm. Azərbaycana və özümüzə qarşıda gələn möhtəşəm yarışmada uğurlar diləyirəm.
    Bölmə: Eurovision 2012 | Baxılıb: 555 | Müəllif: ozdunyamiz | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz