Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Bazar, 28.04.2024, 20:41
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 16 » Münasibətiniz üçün lazım olan 5 risk
    11:04
    Münasibətiniz üçün lazım olan 5 risk
    Bu təkliflərlə möhkəm bir bağ meydana gətirə bilər və əlaqənizin monotonlaşmasının qarşısını ala bilərsiniz.

    Əlaqəniz üçün etməniz lazım olan 5 risk


    Tez-tez zəng etməyi buraxın ..
    Biz qadınlar başımıza gələn ən kiçik şeyi belə danışmaq üçün tez telefona sarılarıq. Təbii olaraq eyni şeyi özümüzü rahat hiss etdiyimiz bir kişilə də paylaşmaq istəməmiz qaçınılmazdır. Ancaq bəzi vəziyyətlərdə geri addım atmanız ,hətta bəzən ortadan yox olmaq lazım ola bilər.

    'Ağıllı Cütlərin Bildikləri' (What Smart Couples Know) adlı kitabın yazıçısı və Pshikoterapist Patricia Covalt qız yoldaşlarınıza tez-tez zəng etmənizin əlaqələrinizi qüvvətləndirəcəyinə ancaq eyni tətbiqin sevgilinizin sizdən soyumasına səbəb ola biləcəyini ifadə edir. Kişilər telefonu yalnız məlumat paylaşması üçün istifadə edərlər. Onu yalnız əhvalını soruşmaq üçün zəng edib gün içində etdiklərinizi ətraflı şəkildə danışmaq sizin üçün bir əlaqənin tək şərti olsa da eyni şey sevgiliniz üçün etibarlı olmaya bilər. Bir kişi tez-tez axtaran bir qadının özünə möhtac olduğunu düşünə bilər. Əslində bunun tək səbəbi kişi və qadın beyni arasındakı qəbul etmə fərqidir.

    Həqiqətən də sevgilinizə necə gəldi səbəblərlə gündə bir neçə dəfə zəng etmənizin arxasında bir az da olsa ehtiyac duyğusu yata bilər. Qadınlar ümumiyyətlə kişi yoldaşlarından xəbər ala bilmədikləri zaman narahat olarlar və bu səbəblə tez-tez telefon açaraq ya da mesaj ataraq əlaqələrinin yolunda getdiyindən əmin olmaq istəyərlər.

    Əslində dişinizi bir az sıxıb telefonu hər ağılınıza gəldiyində əlinizə almasanız əlaqəniz üçün çox faydalı bir iş görmüş ola bilərsiniz. Əmin olun kişi yoldaşınız sizdən bir müddət xəbər ala bilməyincə nə etdiyinizlə maraqlanmağa başlayacaq. Sizi axtardığında isə aranızda keçən dialoqla daha çox maraq və həyəcan duyduğunu hiss edəcəksiniz. Bu şəkildə əlaqənizi gücləndirdiyinizi və qısa zamanda tarazlıqların istədiyiniz istiqamətdə dəyişdiyini görə biləcəksiniz.

    Əlaqəniz üçün etməniz lazım olan 5 risk


    Onun hər fikrinə qatılmayın ..
    Təbii ki sevgilinizin söylədiyi hər şeyə qarşı çıxın demək istəmirik. Ancaq həqiqətən hər hansı bir mövzuda içiniz rahat deyilsə düşündüklərinizi söyləməkdən çəkinməyin. Bu daha sağlam bir əlaqə yaratmanızı təmin edəcək.
    Eyni fikirdə olmamanın möhkəm bir birlik gətirməyəcəyini düşünə bilərsiniz. Əslində bunun tam tərsi etibarlıdır. Müdafiə etdiyiniz fikirləri açıqca dilə gətirməniz, hər şeyə bəli deyən bir qadın olmadığınızı göstərsəniz sizə hörmət edəcək və onun gözündəki dəyəriniz artacaq.

    Oikle kişilərin şifahi yolla ünsiyyət qurmağı seçdiklərini və onlara meydan oxuyan qadınları bəyəndiklərini ifadə edir. Eyni fikirdə olmadığınız hər hansı bir mövzuda müzakirə edərkən öz düşüncələrinizi açıqladıqdan sonra fikirlərini dilə gətirməsi üçün ona da fürsət tanıyın. Bu yalnız sizin cazibədarlığınızı artırmaqla qalmaz eyni zamanda bir-birinizə daha dərin və içdən bir şəkildə yaxınlaşmanızı təmin edər.

    Əlaqəniz üçün etməniz lazım olan 5 risk


    Onu əlaqənizdə yaşadığınız problemlərlə üzləşdirin ..
    "Danışmalıyıq" sözü kişilərin ən çox çəkindikləri və eşitmək istəmədikləri şeydir. Bu səbəblə qadınlar bəzən qırıldıqları nöqtələri kişi yoldaşlarına deməmənin daha yaxşı bir strategiya olduğunu düşünərlər. Hər şey yaxşı gedərkən ortalığı bulandırmağın axmaqlıq olduğunu düşünsələr də həqiqətdə uzun zaman səssiz qalmaq əlaqəni çıxmaza soxa bilər. Dilə gətirmədiyiniz kiçik çətinliklər üst-üstə minərək daha böyük problemlər yaşamanıza səbəb ola bilər. Gözlənilməz bir anda patlamanızın problemləri həll etməsini gözləməyin. Bu günə qədər ona açılmadığınız üçün bu aqressiv rəftarınıza təəccüblənə bilər.

    'Orijinal Ürək' (The Authentic Heart) adlı kitabın yazıçısı və Pshikoterapist John Amodeo kişilərin dəqiqliyə ehtiyac duyduğunu ,qız yoldaşlarını məmnun etmək istədiklərini ,ancaq zaman-zaman bunu necə edəcəklərindən əmin olmadıqlarını ifadə edir. Bu səbəblə nə etməsi lazım olduğunu açıq-açıq desəniz əlindən gələni edəcək.

    Əlaqəniz üçün etməniz lazım olan 5 risk


    Öz planınızı qurun və kişi dostunuzu dəvət etməyin ..

    Əslində buradakı fikir olduqca sadədir. Bir-birinizi sevdiyiniz üçün birlikdə çox zaman keçirmənin çox normal və gözəl olduğunu düşünə bilərsiniz. Bu nəzəriyyədə gözəl kimi görünsə də həqiqətdə bütün boş zamanlarınızı bir-birinizə ayırmanız əlaqənizə zərər verə bilər.

    Oikle'a görə davamlı birlikdə olduğunuzda danışacaq mövzular azalar və çox təəssüf ki bir müddət sonra bir-birinizdən bezə bilərsiniz. Qısacası vərdiş duyğusu başda iki tərəfə gözəl fikir kimi gəlsə də işlər qısa zamanda dadsız bir hal ala bilər. Bundan başqa kişilər xüsusi bir dünyası olan qadınlara qarşı daha çox maraq duyarlar. Amodeo'ya görə bir kişi özünü qadının həyatındakı ən əhəmiyyətli insan kimi görürsə çiyinlərinə böyük bir yük qoyulmuş kimi hiss edər. Bu da əlaqədən uzaqlaşmasına səbəb ola bilər. Ancaq fərqli maraq sahələri və öz başlarına edə bildikləri fəaliyyətlərə sahib olan qadınlar kişilərə daha dinamik və həyəcanverici gəlir. Bu da qız yoldaşlarına olan marağının yoğunlaşmasını təmin edər.

    Həftənin ən az bir neçə günü öz planlarınızı edin və ona sizinlə birlikdə gəlmə təklifini etməyin. Əks halda onsuz əylənə bilmədiyinizi düşünə bilər. Özünüzə aid bir həyatınız olduğunda sevgiliniz sizi daha çox təqdir edər. Gözəl zaman keçirmək üçün ona möhtac bir imic verməkdənsə planlarınıza baxmayaraq onunla zaman keçirdiyinizi göstərərək əlaqənizin güclənməsini təmin edə bilərsiniz.

    Əlaqəniz üçün etməniz lazım olan 5 risk

    Ona sevgi göstərin ..
    Günümüzün əlaqə məntiqinə görə birinə aşiq olsanız da duyğularınızı çox göstərməmək lazımdır. Beləliklə əlaqə yolunda getmədiyi təqdirdə heç olmasa özünüzü axmaq kimi hiss etməzsiniz. Covalt bəzi qadınların rədd edilmə qorxusu üzündən qarşılarındakı kişiyə açılmaqdan çəkindiklərini söyləyir. Ancaq bu məntiqlə duyğularınızı saxlamanız bir müddət sonra geri təpə bilər.

    Gərçək duyğularınızı saxlamaq kişi yoldaşınızın onunla maraqlanmadığınızı düşünməsinə səbəb ola bilər. Unutmayın ki kişilər də eyni qadınlar kimi əlaqədə üzərlərinə düşülməsini istəyə bilərlər. Təbii bunu edərkən tarazlıqları güdmək lazımdır. Əlaqənizdə gerçək duyğularınızı ortaya qoyma formanız çox əhəmiyyətlidir.
    Onunla bərabərkən xüsusi bir şey hiss edirsinizsə bunu söyləməkdən çəkinməyin. Eşitdiyiniz həyəcanı müəyyən ölçüdə göstərməniz sizə qarşı olan hisslərini qüvvətləndirəcəkdir.

    Bölmə: Sevgi | Baxılıb: 463 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz