Ana səhifə » 2012 » İyun » 2 » 12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
23:29
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Hindistanda çay kənarında dostları ilə oynayan 12 yaşlı Anil Barela adlı uşaq 9 santimetr uzunluğunda balıq udub. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.
Balığın ağciyərdə daim hərəkət etməsi səbəbindən uşaq nəfəs almaqda
çətinlik çəkməyə başlayıb. Üstəlik, onun qanındakı oksigen faizi xeyli
aşağı düşüb.
Uşağın narahatlığının səbəbini öyrənmək üçün Barela müayinədən
keçirilib. Müayinə zamanı uşağın ciyərlərində hərəkət edən balıq aşkar
edildikdən sonra o, əməliyyat olunub.
Təqribən 45 dəqiqə davam edən əməliyyatdan sonra 12 yaşlı uşağın ciyərindən balıq diri çıxarılıb.