Hər aşiqin dövranı var, Ağlama, könlüm, ağlama. Gün gələr xoşbəxt olarsan, Belə qaralar bağlama.
Ömrün güllər açar bir gün, Gözlədiyin gələr bir gün, Bəxt üzünə gülər bir gün, Ağlama, könlüm, ağlama.
Elə bilmə, nakam qaldın, Bu dünyadan nə kam aldın? Sevdiyinə peşman oldun, Ağlama, könlüm, ağlama.
Gün gələr, zaman dayanar, Yatmış taleyin oyanar, Bəxtin qapında dayanar, Ağlama, könlüm, ağlama
|