Konstitusiyadan kənara çıxmamaq şərti ilə Amerikada hər ştat özünə aid qanun təsbit etməkdə sərbəstdir. Lakin bu qanunlar bəzən çox gülməli alınır:
Alabamada Bazar günləri domino oynamaq qadağandır Kilsədə saxta bığ taxıb lağlağılıq etmək qadağandır Qatar relsinə duz tökmək ölüm cəzası ilə cezalandırıla bilər
Alyaskada Yatan ayının şəklini çəkmək olar ancaq onu oyatmaq qadağandır
Arkansasda Böcəklər də daxil olmaqla heç bir canlı öldürmək olmaz Ərin ayda bir dəfə arvadını döyməsi normaldır ancaq bir dəfədən çox döyməsi qadağandır Bu ştatın Little Rock küçəsində öpüşmək qadağandır
İllinoisdə Pijama ilə balıq tutmaq qadağandır Culyetta adını səhv tələffüz etmək qadağandır
İndianada Meymunların siqaret çəkməsi qadağandır Teatrdan 4 saat əvvəl sarımsaq yemək qadağandır Bərbərlərin uşaqların qulağını kəsməsi qadağandır
Kaliforniyada Müttəhim kürsüsündə ağlamaq qadağandır Hollywood Bulvarında 2 mindən çox qoyun olduqda, maşın sürmək qadağandır
St Kroiksdə Qadınların qırmızı rəng geyinməsi qadağandır
Vyominqdə Teatr və kinoda arxadakıların diqqətini yayındıra biləcək papaq taxmaq qadağandır
Corciyada Vitrin manikenlərinin çılpaq olması qadağandır Toyuqların küçədən keçməsi qadağandır
Floridada Subay qadınların Bazar günləri paraşutla tullanması qadağandır Gözəllik salonunda saç quruducusunun altında yatan qadın və salonun sahibi pul cəzası ödəməlidir
Kansasda Qayınana ilə yola getməmə boşanma səbəbi sayıla bilməz
Vermontda Qadınların dişlərinə pratez taxdırmazdan əvvəl ərlərindən icazə almalıdırlar Tanrının varlığını inkar etmək qadağandır Su altında fit çalmaq qadağandır