Mətanət Əsədova özünə sənətkar dedi. Özünü sənətkar adlandıran azərbaycanlı müğənni Mətanət Əsədova şou-biznesdəki mədəniyyətsiz müğənnilərdən söz açıb. SİA-ya açıqlama verən Mətanət xanım həmkarlarını az qala "yıxıb-sürüyüb”:
"Şou-biznesdə
mədəniyyətsizlərin sayı çoxdur. Ancaq mən onları görmürəm. Çünki
insanlığı, mədəniyyəti və sənəti görürəm. Qalmaqallarla da aram yoxdur.
Dava-dalaşdan kənar insanam. Axı mən sənətkaram, olmaz. Hər şeydən öncə
qalmaqal etmək xanıma yaraşmaz”.
Açıqlaması zamanı Mətanət xanım
özünə müxtəlif titullar verən ifaçıları da unutmadı: "Bu vaxtadək özümə
heç bir ləqəb götürməmişəm. Çünki Mətanət Əsədova və ya "sənətkar"
deyəndə kifayət edir”.