Müğənni fanat sevgisinın qarşılığında xeyli kövrəlib.
Tanınmış
estrada müğənnisi Azəri Günel (Zeynalova) Bakının restoranlarından
birində pərəstişkarlarını bir araya toplayıb, onlarla maraqlı görüş
keçirib.
Tədbirin əsas təşkilatçısı, Günelin Azərbaycan üzrə fan-klubunun
rəhbəri Rövşən İlknurinin əməkdaşımıza verdiyi məlumata görə, tədbir
gözlədiklərindən də uğurlu alınıb:
"Baxmayaraq ki, məkan o qədər böyük deyildi, Günel xanımın
pərəstişkarlarının hamısını eyni masa arxasında cəm etməyə müvəffəq
olduq. Hər şey gözlədiyimizdən də gözəl keçdi. Günel o qədər sevgi ilə
əhatə olunmuşdu ki, söz tapmaqda çətinlik çəkirdi. Hər bir sevəninə vaxt
ayırıb, onlarla ayrı-ayrılıqda şəkillər çəkdirdi. Yetərincə hədiyyələr
də aldı. Pərəstişkar klubu təki mütəmadi görüşlər keçiririk. Ən yaxın
günlərdə daha bir tədbirimiz olacaq”, - İlknuri belə dedi.