Dünyanın ən gənc rəssamı olan Aelita Andrenin cəmi beş yaşı var və
indidən çəkdiyi rəsmlərdən 100 min sterlinq pul qazanıb. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Avstraliyanın Melburn şəhərində yaşayan Aelita Andre beş yaşında
olmasına baxmayaraq, bacarığı ilə hamını heyran edir. İki yaşından rəsm
çəkən "dünyanın ən kiçik peşəkar rəsssamı"nın ən ucuz əsəri üç min
sterlinqədir.
Aelita bu günə qədər şəkilləri ilə 100 min sterlinqdən çox pul
qazanıb. Aelitanın bundan daha öncə iki dəfə sərgilənən rəsmləri gələn
ay da ABŞ-ın Nyu-York şəhərində bir qalereyada sənətsevərlərə təqdim
olunacaq.
Balaca rəssamın əslən rus olan anası Nika Kalaşnikova bildirir ki,
"əslində uşaqlar iki ya da üç dəqiqə şəkil çəkər, daha sonra qaçıb
oynamağa gedərlər. Amma Aelitada belə deyil. Kiçik uşaq olmasına
baxmayaraq o bir saat, bəzən isə bir neçə saat şəkil çəkir".