"Eurovision-2012” yarışmasının Rusiyadan olan iştirakçıları
"Buranovskie babuşki” qrupu Moskvada keçirilməli olan baş məşqlərini
təxirə salıblar. eurosmi.ru saytının verdiyi məlumata görə, bu barədə
Udmurtiyadan qrupun mətbuat katibi Svetlana Sırıqina bildirib. Məşqin
təxirə salınmasını isə nənələr özləri təkid ediblər. Sırıqinanın
dediyinə görə, sən demə, nənələr öz təsərrüfat sahələrində kartof
əkinini hələ tam başa vurmayıblarmış: "Qrupun iki üzvü əkini başa
çatdırsa da, qalanları bunu etməyiblər. Onların nəvələri nənələri əmin
ediblər ki, narahatlığa əsas yoxdur. Əkinin öhdəsindən gələ bilərlər.
Amma nənələr ötən illərdə olduğu kimi bu işi özləri görəcəklərini
bildiriblər”.
Sırıqinanın dediyinə görə, Moskvada keçiriləcək baş məşq bu səbəbdən bir neçə günlük təxirə salınıb.
Qrup üzvləri Moskvaya 8 mayda gələcəklərinə söz veriblər. Məşqlərini
davam etdirəcək qrup üzvləri oradan birbaşa Bakıya uçacaqlar.
ans