ABŞ-ın Boston Universitetinin 3 600
danimarkalı qadın üzərində apardığı elmi araşdırma gün ərzində iki və ya
üç fincan və əsasən qara çay içənlərin içməyənlərə nisbətən daha tez
hamilə qalma şansını aşkara çıxarıb.
Tədqiqatın müəllifi professor Yelizabet
Hatç bunu çaydakı tein maddəsi ilə əlaqələndirir. "Çayda ayrıca olaraq
bir çox antioksidantlar mövcuddur. Bunların da sonsuzluğun qarşısını
aldığı məlumdur", - o deyib.
Eyni zamanda, Boston Universitetində
hamiləliklə bağlı aparılan çoxtərəfli araşdırmalar zamanı qəhvənin heç
bir müsbət təsiri olmadığı, ancaq şəkərli və qazlı içkilərin hamiləliyi
iyirmi faiz əngəllədiyi məlum olub.