Britaniyanın Ekoloji Təftişlər Komitəsi internetdə orqanizm üçün zərərli qida və yeməklərin reklamını araşdırmağa başlayacaq.
Ekspertlər tərkibində yağ, piy, duz və şəkərin miqdarının çox olduğu qidalarla içkilərin televiziyadan sonra Facebook və Twitter-də də genişmiqyaslı reklamlarının qəti qadağan olunmasını tələb edirlər.
Mütəxəssislər bu minvalla uşaqları pis qidalardan qorumaq və piylənmə epidemiyasının qarşısını almaq istəyirlər.
Araşdırmalar göstərir ki, internetdəki saytların 75 faizi uşaqlar üçün "maraqlı" olan belə yeməklər, içkilər və qidaları reklam edir.
"McDonalds", "Nestle" və "Cadbury" kimi şirkətlər isə belə aqressiv reklamlardan yararlanırlar.