Çox təzadlı gündür. Hadisələrin inkişafına emosional fonun qeyri-sabitliyi güclü təsir göstərir.
Bəzən çox ötəri hisslərin altında insanlar elə hərəkətlər edirlər ki, üstündən az müddət keçəndən sonra peşman olurlar. Bir-birilə sıx bağlı olan insanlar arasında da fikir ayrılıqları yaranır. Əlaqələrin qırılmasından qorxmağa dəyməz, amma qarşılıqlı anlaşmaya da ümid etmək hələ mümkün deyil. Əvvəlcədən planlaşdırılmamış heç bir işi görməyin. Ən diqqətli və ehtiyatlı insanların günüdür.
Qoç - Bu gün sizin üçün uğurludur. Həmçinin o, yaxşı bir mərhələnin başlanğıcıdır. Siz yaxşı nəticələr əldə edə bilərsiniz, hər şey sizin zəhmətsevərliyiniz və entuziazmınızdan asılıdır. Maraqlı iş təklifləri almağınız mümkündür. Ola bilsin ki, fəaliyyət sahənizi tamamilə dəyişəsiniz. Doğrudan da diqqətinizi çəkəcək bir iş tapa bilərsiniz.
Enerjiniz çoxdur, bu həm səhhətinizdə, həm də əhvalınızda özünü göstərəcək. Hətta günün ortasında yaranan xırda çətinliklər də qanınızı qaraltmayacaq.
Buğa - Sizi xoş bir gün gözləyir. Düzdür, bütün ümidlərinizin doğrulacağını gözləməyə dəyməz. Amma siz yaxşı bilirsiniz ki, azca səbr etməyiniz yaxşı nəticə verəcək. Yeni tanışlıqlar mümkündür. Bunlar həm peşəkar, həm də şəxsi həyatınızda faydalı olacaq. Əlinizə pul gələcək.
Bu gün alış-veriş üçün münasibdir. Qarderobunuzu, imicinizi dəyişə bilərsiniz. Bu gün baş verən hadisələrin əksəriyyəti özündə müəyyən rəmz daşıyır. Bir qədər diqqətli olsanız, işin nə yerdə olduğunu anlayacaqsınız.
Əkizlər - Çətin gündür. İşdə problemləriniz yarana bilər. Bəzi Əkizlərin rəhbərliklə ciddi mübahisəsi düşə bilər. Çox emosional olanlar işi atıb, qapını çırpıb, necə deyərlər, "tüpürüb” çıxıb getməyə hazırdırlar. Daha sakit olanlar isə özlərinə sakitcə başqa iş yeri axtarırlar.
Günün ikinci yarısı səhhətiniz pisləşə bilər. Fiziki işləri azaldın. Əgər idmanla məşğul olursunuzsa, yanınızda təcrübəli məşqçinin olması məsləhətdir.
Xərçəng - Sizi mürəkkəb gün gözləyir. Ciddi maliyyə itkiləri və işdə də cibinizə ziyan vuran problemlər mümkündür. Əlinizdə olan pullara düzgün nəzarət edə bilmirsiniz, çünki çox şeyə tamah salırsınız. Yalnız çox ehtiyatlı Xərçənglər məsrəflərdən qurtula biləcəklər.
Günün emosional fonu sabit deyil, əhvalınız tez-tez və səbəbsiz yerə dəyişir. Sizinlə dil tapmaq da çox çətindir. Yalnız sizi doğrudan da sevən insanlarla ünsiyyətiniz xoş olacaq.
Şir - Neytral gündür. Siz tələsməməlisiniz. Azacıq tələssəniz, işləri tamamilə və uzun müddətə korlaya bilərsiniz. Tərəfdaşlarınızla münaqişələr mümkündür. Elə bir səhv edə bilərsiniz ki, sizə kömək və himayə vəd etmiş adam sizdən üz döndərə bilər. Maliyyə vəziyyətiniz yaxşıdır, əlinizə pul gələcək.
Orqanizminizi çətinə salmasanız, səhhətinizdən şikayətiniz olmayacaq. İfrata yol verməyin, sağlam qidalardan istifadə edin.
Qız - Çox gözəl gündür. Qarşınızda xeyli yaxşı imkan açılır və onlardan istifadə etməyə sizə heç nə mane olmur. Vaxtınızı itirmədən hərəkətə keçin, o zaman itstədiyinizi alacaqsınız. Bu günə səfərlər, vacib danışıqlar, hətta iş yerinizi dəyişdirməyi də planlaşdıra bilərsiniz.
Günün ikinci yarısı sizi şəxsi xarakterli xoş sürpriz gözləyir. İntuisiyanıza güvənin, o, sizi yarı yolda qoymaz, çoxdan bəri arzusunda olduğunuz bir xəyalın gerçəkləşməsinə inanın. Gözlənilməz qonağınız gələ bilər. Keçmişdə həyatınızda vacib rol oynamış insanlarla görüşmək ehtimalınız da var.
Tərəzi - Yalnız öz məntiqinizə və sağlam düşüncəyə güvənsəniz, çox işin öhdəsindən gələ bilərsiniz. Şəraiti düzgün qiymətləndirməyi, yerində qərarlar verməyi və bunları layiqincə həyata keçirməyi bacaracaqsınız. Sizin rəyinizə hətta çox təcrübəli insanlar da qulaq verirlər.
Bu gün yeni biliklər əldə edə bilərsiniz. Aldığınız məlumat hətta sizə şübhəli görünsə də, ondan istifadə etməkdən çəkinməyin, günün sonunda işdə yaxşılığa doğru dəyişikliklər mümkündür.
Əqrəb - Aradabir «hava tutulsa» da, gününüz pis keçməyəcək. Hər bir şeydə «qızıl orta»nı gözləyin, bu sizə bir çox problemlərdən yan keçməyə kömək edəcək. Həm işgüzar, həm də şəxsi təmaslarda ehtiyatlı olun. Təhriklərə reaksiya verməyin, kimsənin sizin hisslərinizlə oynamasına da şərait yaratmayın.
Nə istədiyini yaxşı bilən insanlarla ünsiyyət qurun. Hər bir işə şübhə ilə yanaşanlardan isə maksimal dərəcədə uzaq durun, onlar bu gün təhlükə mənbəyidirlər. Maraqlı iş təklifləri mümkündür. Öhdəsindən gələcəyinizə şübhə etsəniz də, onları qəbul edə bilərsiniz.
Oxatan - Ciddi problemləriniz olmasa da, bu gün xoşunuza gəlməyəcək. Mübahisə və fikir ayrılıqları həddən artıq çoxdur. Bəzən kimin haqlı, kimin haqsız olduğuna qərar verməkdə çətinlik çəkəcəksiniz. Baş verənlərə çox sərt reaksiya verirsiniz. Hətta olanları götür-qoy etmək üçün özünüzə vaxt da vermirsiniz. Bir qədər tempi azaltsanız, işləri düzəldə bilərsiniz.
Dostlarınız və qohumlarınızla münaqişələr mümkündür. Öz mövqeyinizi, nöqteyi-nəzərinizi elə qızğın müdafiə edirsiniz ki, həmsöhbətlərinizin nə dediyini eşitmirsiniz. Amma hələlik hər şeyi zarafata çevirmək şansınız var.
Oğlaq - Yaxşı gündür, sizin üçün vacib olan bir sahədə əla nailiyyətlər qazana bilərsiniz. Siz çevik və səmərəli işləyirsiniz. Rəhbərlik bunu görür. O, mükafatınızı gecikdirməyəcək. Biznesmen Oğlaqlar sərfəli müqavilələr bağlayırlar. Yeni iş ortaqlarıyla perspektivli əməkdaşlığın başlanğıcını qoya bilərsiniz.
Emosional fon sabitdir. Əhvalınız yaxşıdır. Yeni tanışlıqlar qura bilərsinz. Olsun ki, bunlardan biri həyatınızda vacib rol oynayacaq. Romantik səyahətlər və qeyri-adi şəraitdə görüşlər üçün münasib gündür.
Dolça - Mürəkkəb məsələləri həll etməli olacaqsınız, üstəlik, kimsə sizə kömək etməyə tələsməyəcək. Həmkarlarınızla ciddi fikir ayrılıqları mümkündür. Rəhbərliklə mübahisələr sizi iş yerinizdən edə bilər. Qənaətcil olun, planlaşdırılmamış xərclərdən qaçın. İstənilən yeni layihə ehtiyat tələb edir.
Bu gün təmkininizi qorumaq çətindir. Tez haya gedirsiniz, sizi idarə etmək asandır. Günün ikinci yarısı səhhətiniz pisləşə bilər. Ola bilər ki, xroniki xəstəlikləriniz ciddiləşsin.
Balıqlar - Planlar qurun. Ulduzlar sizə maraqlı, məhsuldar görüşlər vəd edir. Gözlənilməz tanışlıq çox xoş olacaq. Bir çox Balıqlar bu gün maraqlı iş təklifləri alacaqlar. Ezamiyyətlər əla keçəcək.
Şəxsi həyatınızda isə vəziyyət o qədər də yaxşı deyil: ümid etdiyiniz dəstəyi almırsınız. Yaşlı qohumlarınızla aranızda mübahisə ola bilər. Bir çox Balıqlar üstündə əsdikləri, qiymət verdikləri şeyləri itirir, amma heç narahat olmurlar.