Qoyun əti (qoyunvə mal ətindən qiymə də olar 50:50) 500 qram Baş soğan - 200 qram Qoyun quyruğu - 100 qram Duz, istiot Sumax Lavaş
500
qram qiyməyə 200 qram soğan olmalıdır. Bu nisbəti qözləmək lazımdır,
əks halda lülə şişdə qalmır. Qiyməni yaxşi qarışdırın, 4-5 saatlıq soyuq
yerdə saxlayın.
15-20 dəqiqə əvvəldən qiymə soyuducudan
çixarılır və yenə yaxşı qarışdırılır. Qiymə əllə gətirilir və şişin
üstünə sarılır. Lüləni sapla da bağlamaq olar. Amma süfrəyə verilməmiş
sap açılır. Sap yanmır. Od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu
su ilə söndürün. Sufrəyə lülə lavaşın arasında verilir. Üstünə sumax tökmək də olar.