Fəcr - 05.01 Günəş - 06.24 Zöhr - 13.40 Əsr - 18.13 Məğrib – 21.04 İşa – 22.40
1812 - Rusiya-Osmanlı müharibəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb. Sülhün şərtlərinə görə, Osmanlının nəzarətindəki Bessarabiya (indiki Moldova- nın bir hissəsi) Rusiyaya birləşdirilib. Sənədə əsasən, Osmanlı dövləti Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı ilə razılaşdığını təsdiqləyib.
1883-cü ildə Türkiyənin 3-cü prezidenti Cəlal Bayar anadan olub
1888 – Qrammafonun ixtiraçısı Emile Berliner bu aləti Filadelfiyada təqdim edib.
1907 - Tanınmış həkim, səhiyyə təşkilatçısı Kubra Fərəcova (1907-1988) anadan olmuşdur. Azərbaycan SSR-in səhiyyə naziri, Ali Sovetin Rəyasət Heyətinin katibi olub.
1919-cu ildə Mustafa Kamal paşa qurtuluş müharibəsini başlatmaq üçün Sultan Vəhdəddin tərəfindən İstanbuldan Samsuna göndərilib
1926-cı ildə son Osmanlı padşahı VI Mehmet Vəhdəddin San Remoda vəfat edib
1929-cu ildə "Oskar” mükafatı təsis edilib
1930-cu ildə kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçi Nəcəf Nəcəfov anadan olub
1950-ci ildə Xalq artisti Arif Quliyev anadan olub
1953-cü ildə aktyor Pirs Brosnan dünyaya gəlib
1957 – IBM yeni 21 tonluq kompüteri təqdim etdi.
1966-cı ildə amerikalı müğənni Canet Cekson anadan olub
1973-cü ildə aktrisa Tori Spellinq anadan olub
1974-cü ildə müğənni Laura Pausini anadan olub
1975-ci ildə yapon alpnist Cunko Tabe Everest zirvəsinə dırmaşan ilk qadın oldu
1986 – ABŞ-lı aktrisa Meqan Fox anadan olub.
1987 – Türkiyəli müğənni Can Bonomo anadan olub.
1992-ci ildə operator Arif Nərimanbəyov vəfat edib
1992 - Azərbaycanda baş vermiş hakimiyyət çevrilişi parlament müstəvisində rəsmiləşib. Ali Sovet A.Mütəllibovu prezident postuna bərpa etmək barədə 14 may tarixli qərarını ləğv edib. Hakimiyyəti ələ almış Xalq Cəbhəsinin təzyiqi ilə Ali Sovet sədrinin 1-ci müavini Ziyad Səmədzadə istefa verib. İki gün sonra Ali Sovetin sədri və prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov da vəzifəsini tərk etdi.
1993 – Doğru Yol Partiyasının sədri Süleyman Dəmirəl parlamentdə 244 səslə Türkiyənin 9-cu prezidenti oldu.
1997 - Milli Məclis "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin Cinah Sazişini ratifikasiya edib. 1990-cı ildə "Varşava bloku" (SSRİ və müttəfiqləri) və NATO arasında bağlanmış müqavilənin Cinah Sazişi keçmiş SSRİ-nin hərbi arsenalının (raket və nüvə silahı istisna olmaqla) yeni müstəqil dövlətlər arasında kvota bölgüsünü təsbitləyirdi. Bölgüyə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan eyni miqdarda silah kvotası (220 tank, 220 zirehli texnika, 285 artilleriya qurğusu, 100 hərbi təyyarə və 50 vertolyot) nəzərdə tutulmuşdu.