ABŞ-ın Miçiqan Dövlət Universitetində aparılan tədqiqatın
nəticələrinə görə, həyəcanlı vəziyyətdə olarkən kişilərin və qadınların
beyni müxtəlif cür işləyir. Belə ki, bu zaman qadınların beynində yüksək
aktivlik meydana çıxır. Bu barədə Trend Rusiya KİV-ə istinadən yazır.
Bunu qadın və kişi cinsindən olan tələbələrə bəzi tapşırıqların
yerinə yetirilməsi lazım gələn təcrübə nəticəsində müəyyən etmək mümkün
olub. Məlum olub ki, buna qədər çox həyəcanlı olduqları barədə məlumat
verən qızlar səhv edəcəkləri halda beynin yüksək aktivliyini nümayiş
etdiriblər.
Tədqiqatın rəhbəri Ceyson Mouzer qeyd edir ki, əldə olunan nəticələr
mütəxəssislərə psixi sapmalara meyilli olan qadınları asan aşkar etməkdə
kömək edəcək. Doğrudur, hələ qadınlarda beyin aktivliyinin nəyə görə
yüksək olduğunu müəyyən etmək lazımdır.
Bir məsələni dəqiq söyləmək olar ki, qadınlar asan tapşırıqların
öhdəsindən kişilər kimi gələ bilsələr də, daha çox həyəcan keçirirlər.
Amma çətin tapşırıqları yerinə yetirərkən problemlər yaranıb. Çünki
həyəcanlı fikirlər diqqəti cəmləməyə mane olub.
Hazırda alimlər estrogenin bu fenomenə təsirini öyrənirlər. Məlumdur
ki, estrogen öyrənmək və səhvlərin düzəldilməsi üçün zəruri olan
neyroötürücü defomin hormonunun azad olmasına təsir edir.