Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Çərşənbə axşamı, 03.12.2024, 20:41
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » İyun » 1 » Hansı dondurmaları almaq olmaz?
    20:07
    Hansı dondurmaları almaq olmaz?



    Yaz-yay mövsümü ilə əlaqədar Bakıda satılan və istehsal olunan dondurmaların və sərinləşdirici içkilərin yoxlanılmasına başlanılıb.Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayevin Anspress-ə verdiyi məlumata görə, yay aylarında dondurma, sərinləşdirici içkilərin istehsal olunduğu və satıldığı obyektlərdə reydlər keçirilməsinə başlanılıb. Artıq 2 müəssisə müayinə olunub, orada istehsal olunan məhsulların çeşidləri müəyyənləşdirilib və onların serifikatlaşdırılması prosesinə başlanılıb. Hələlik həmin müəssisələrdə problem aşkarlanmayıb.

    "Digər müəssisələrdə də yoxlamalar aparılacaq. Hansısa müəssisədə neqativ hallar aşkarlanarsa. Təbii ki, həmin istehsalçıların məhsullarına sertifikatlar verilməyəcək. Dondurma məhsulu istehsal olunarkən istifadə olunan xammalların təhlükəsizliyi, istehsal zamanı kənar çirklənmələrin qarşısının alınmasıdır. Dondurmaların mikrobioloji göstəriciləri, toksikoloji göstəriciləri və s. tərkibi yoxlanılacaq”, - deyə İmran Abdullayev bildirdi.

    İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, artıq nazirlik tərəfindən də sərinləşdirici içkilər və dondurmaların monitorinqinə başlanılıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yay fəsli bitənə qədər yoxlamalar davam edəcək. Abbas Əliyevin sözlərinə görə, hələlik yoxlamalar zamanı neqativ hala rast gəlinməyib.

    Lakin Dövlət Xidməti yenə də vətəndaşlara dondurma alarkən diqqətli olmağı tövsiyyə edir. İstehlakçılar dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumalıdırlar. Eyni zamanda, dondurma alarkən onun forması, saxlanma şəraitinə və nəhayət dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristlların əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə gətirib çxıarır. Xarici görünüşcə dondurmada kəsmiyə bənzər yağlılıq, quma bənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.

    Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaq məsləhət görülmür.
    Bölmə: Maraqlı | Baxılıb: 603 | Müəllif: ozdunyamiz | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  İyun 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz