Bəşəriyyətin bütün tarixi ərzində filosoflar və həkimlər əbədi
həyatın mənbəyini axtarıblar. Lakin belə bir mənbənin tapılacağı halda
nələrin baş var verəcəyini çox az adam təsəvvür edir. Belə olan halda,
məsələn, Yer kürəsinin əhalisinin sayı 4 dəfə arta bilər ki, bu da böyük
çətinliklər yaradar. Bu barədə Trend Rusiya KİV-inə istinadən məlumat verir.
Oksford Universitetinin baş elmi əməkdaşı Bennet Foddi qeyd edir ki,
əslində insan hazırkı məqamda son 150 il ərzində ömrü 40 ildən 80 ilədək
artırmaqla çox şeyə nail olub.
İndi uzunömürlülüyün tendensiyası baş verir. Professor Leon Kass qeyd
edir ki, əbədi həyatın dünya üçün fəlakətli nəticələri ola bilər.
Hələlik isə yalnız ən uzağı 120-150 yaş barədə danışmaq olar.
Bundan başqa, ömrü uzatmaq yalnız inkişaf etmiş ölkələrdə əlçatan
olan bahalı dərmanlar və preparatlar hesabına başa gələcək. Deməli, bu
zaman sosial bərabərsizlik və ölkələrin səviyyələrindəki fərqlər daha
aydın nəzərə çarpacaq.