H.O.S.T (Hava Od Su Torpaq) – Qrupun yaranma tarixinə
qədər də, üzvlər ayrılıqda rap fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni
zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir
neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005-2006-cı illər
ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq
dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və
Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın "Sənsiz
(Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan
üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin
(Sumqayıt Rap Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir
neçə konsert verməklə bərabər Baku Clan`la da bir sıra treklər yazdırır.
2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost
əhatəsi, yalnız rap`i yox bir sıra digər məsələləri də müzakirə edə-edə
ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin
müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci
il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək
özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost
əhatəsində olan Dərviş və AiD də daxil olur. Onsuz da planlaşdırılan
treklərin hazırlanma prosesi başlanır. "Həyatım Əllərimdə" və "How We
Rappin`" sinqllarından sonra Alliance albom yazılışılarına başlayır.
Əvvəlcə "Propoqanda" trekiylə eyni adlandırılmaq istənən albom bir sıra
müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – "Proloq". "Proloq"Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup
albomu pulsuz paylamağa qərar verir. Artıq ilin sonuna lazımi uğuru
qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin
sonunda isə yeni albom haqqında müzakirələr başlayır. Dekabrda keçirilən
kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir. Artıq bir neçə
treklər sinql kimi hazır olduğundan qrupun yeni albom ideasıyla bağlı
fikirləri də yubanmır. Jamal Ali, Felon De Jure, Feck və ErranT təhsillə
bağlı Türkiyədə olduğundan albom üzərində digər dördlük daha çox
çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş. "Qarada Qırmızı"Təsadüfi deyil ki, albom da məhz bu dördlüyün çıxışlarından
hazırlanır. Hərçənd treklərin musiqilərində Felon De Jure və ErranT`ın
da əməyi olur. Qrup yaratmaq istədiyin cərəyanın təməl prinsiplərini də
məhz bu albomda açıqlayır. Bir çox treklər "A" kitabıyla assosasiyada
olur. Eyni zamanda tənqidi mövzulara geniş yer ayrılır. Bu arada albom
yazılışları zamanı Dərviş rap fəaliyyətinə son qoyur. Albomun adı isə
özlüyündə heç bir müzakirə doğurmur – "Qarada Qırmızı". İlk buraxılış
Limited Edition olur. Və ekslküziv yolla əldə edilir. Daha sonra böyük
kütlə üçün CD`lər satışa təqdim edilir. Yayda Bakıya qayıdan digər dördlük albomda ortaya qoyulan bir sıra
məqamlarla və ən əsası cərəyanın təməl prinsipləri haqqında
müzakirələrdə müxalif rolundan çıxış edərək, qrupdan çıxmaq istədiyini
açıqlayır. Felon De Jure, Jamal Ali və ErranT H.O.S.T Alliance`dakı
fəaliyyətini başa vurur. Sentyabr-Oktyabr aylarında qrupun fəaliyyətində
də yeni mərhələ başlayır. Belə ki, qrup artıq Alliance`lıqdan çıxaraq
dörd nəfərlə yoluna davam edir. Elə həmin ərəfədə Dayirman Production`dan təklif gəlir və üzvlər çox
düşünməyərək razılıq verir. Dayirman Production`ın ilk işi "Qarada
Qırmızı" albomunun yenidən buraxılışını təşkil etmək olur. Albom artıq
Azərbaycanın hər bir bölgəsində satılır. 2008-in qış ayları da qrupun
tez-tez toplaşıb yeni layihələrə hazırlaşmasıyla yadda qalır.
"Reinkarnasiya"Elə H.O.S.T`un dördlükdə ilk böyük konserti də gecikmir. 2009-un
fevralında "Reinkarnasiya" adlı konsert olduqca geniş kütlənin
qarşısındakı çıxışla bərabər son illərin ən səs-küylü rap tədbiri olur.
Konsertdən sonra qrup hər bir üzvün solo albomunu buraxmaq qərar verir.
Dayirman Production bu yöndə işlərə başlayır. 2009-cu ilin əsas
layihələrindən biri də Qaraqanın solo albomu olur. Albomun ilk sınqlı
"Bir" elə konsertdə səslənən treklər arasında olur. Mart ayına qədər
artıq trekləri hazır olan albomun üçün studiya yazılışları aprel-may
keçirilir. İyunda isə "Qısa Qapanma" geniş kütləyə təqdim olunur.
Özünəməxsus melanxoliya və aqressiyanı cəmləşdirən albomda bir sıra
treklər olduqca yüksək əhval ruhiyyədə olur. Psixolorikanın ən bariz
nümunəsi kimi dəyərləndirilən albom yazıçı kimi də fəaliyyətdə olan
Qaraqanın şahəsərlərini ortaya çıxarır. "Qısa Qapanma"Oktyabr-Noyabr aylarında PRoMete və AiD H.O.S.T`u ikilikdə təmsil
etməli olur. Qaraqanın əsgərlikdə, Feck`in Türkiyədə olması onları
ləngitmir. Yeni albom üzərində işlər başlanır. Cütlük Mini-Konsert`i
təşkil edir. Konsert günü isə ilk EP "EP v.01" təqdim olunur. "EP v.01"Bir sıra əvvəlki sinqlları da özündə cəmləşdirən bu EP klassik rap
nümunələri ilə zəngin olur və sırf rap albom sayılır. 2010-a bir neçə
sinqlla daxil olan H.O.S.T növbəti solo konsertə hazırlaşır. Bir sıra
müzakirə və qərarlardan sonra artıq mövcud olan HOST Production ilk
tədbirini təşkil edir. "Rekviem"Dayirman Production,eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə təşkil olunan "Rekviem" konserti başdan ayağa canlı
olur.Konsert gözlənildiyi kimi maraqlı olur və bir sıra suallara cavab
olur. İlin növbəti konserti daha kiçik ətrafda təşkil olunur.Bu
layihənin məqsədi fəaliyyət göstərən HOSTçu reperlərə dəstək olur. Aprel
ayında HOSTED Rap Concert baş tutur. Aradakı müddətdə HOST tərkibində AlterEgo
adlı rok qrup yaradılır. Və əlavə olaraq musiqini və mövzuları
genişləndirək məqsədi ilə daha böyük kütlə tərəfindən qəbul olunan
keyfiyyətli işlərə davam edilir. 2010`cu ilin ortalarında AiD`in Biz İnsan Deyilik adında öz solo
albomunu, HOST`un sayca 5`ci amma satış üçün nəzərdə tutulan 3`cü albomu
işığ üzü görür. Albom daha çox fərqli xarakterlərini özündə mükəmməl
əks etdirir və çox uğurlu alınır. Və iki track`i Jamal Ali ilə birlikdə
oxuyur. "Biz İnsan Deyilik"Albom Bakıda satışa buraxıldıqdan sonra, Gəncə şəhərində təqdimat xarakterli böyük konsert keçirilir. "Qısa Qapanma" (Qaraqan solo konsert)
"Qısa Qapanma" (Qaraqan Solo Konsert 2010) Qaraqan əsgərlikdən qayıtdıqdan sonra öz solo albomunun təqdimat
xarakterli eyniadlı konsertinə hazırlıqlara başlayır və 27 noyabr
2010-cu il tarixində"H.O.S.T production"ın leybli altında Qaraqanın solo
konserti baş tutur.Bu H.O.S.T`un 2010-cu il tarixində sonuncu konserti
olur.Yeni albomlar üzərində çalışan qrup, ölkə turuna çıxmağa
hazırlaşır... "Biz İnsan Deyilik" (AiD solo konsert)Qaraqanın solo konsertindən sonra HOST production növbəti uğurlu
layihəyə imza atır.Qaraqanın solo konsertinin keçirildiyi həmin məkanda
Aidin möhtəşəm solo konserti 13 fevral tarixində baş tutur.Konsertdə Biz
İnsan Deyilik albomundan tracklar və yeni tracklar oxunur,həmçinin
Bəlkədə nə vaxtsa trackinə çəkilən klip konsertdəkilərə təqdim
olunur.Konsertdə Qaraqan,Promete,Ayka,Timon,Dəyirman qonaqlar arasında
olur. "Mənim Qaranlığım" (Qaraqan Hip-Hop Müzikl)
12 Aprel Opera və Balet teatrında anşlaq Azərbaycan Opera və Balet Teatrında ilin gənci, Qaraqanın "Mənim
qaranlığım" adlı konserti keçirilir. Azərbaycanda ilk dəfə balet və
pantomimin müşayiəti ilə keçirilən hip-hop müzikl konsertə müxtəlif yaş
qruplarına mənsub tamaşaçılar gəlir. Tədbirin rəsmi qonaqları sırasında
ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, siyasətçilər, şou-biznes
nümayəndələri olur. Zalın ön sıralarında əyləşənlər arasında Ümid
Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, jurnalist Qulu
Məhərrəmli, deputat Aqil Abbas, yazıçı Rəşad Məcid, bəsətkar Vaqif
Gərayzadə, telejurnalist Nərgiz Cəlilova, müğənni Faiq Ağayev, Fərqanə
Qasımova, Siyavuş Kəmimi və digərləri var idi. Tədbirin birinci
hissəsini pantomima aktyoru Pərviz Məhərrəmov açır. Pantomim rəqsin
ardından proqram Qaraqanın musiqiləri və klipləri ilə davam edir. İqbal Ağazadə isə konsertin çox maraqlı keçdiyini deyir: "Hesab
edirəm ki, Azərbaycanda yeni nəsil formalaşır. Mən Qaraqanın əsərlərini
oxumuşam, hesab edirəm ki, bu musiqi sahəsində yeni bir cığırdı. Çox
sevindirici haldır ki, heç bir reklam və dəstək olmadan istedad özünü
göstərir. Həqiqətən Azərbaycanda yeni nəslin həm üslub, həm də forma
cəhətdən formalaşdığı müşahidə olunur. Burada hər şey insanı düşündürür,
çox bəynədim". Öz növbəsində Qulu Məhərrəmli bildirir ki, Azərbaycanda ilk dəfədir
ki, belə konsert keçirilir: "Hesab edirəm ki, uğurlu olub. Hiss olunur
ki, həm kino, həm teatr elementlərini birləşdirir bu konsert. Həmçinin
sözün məharəti ilə də bir çox mətləblərə toxunulur. Bu böyük bir
ənənənin başlanğıcı ola bilər". Məhərrəmli qeyd edir ki, repin mahiyyəti bizim cəmiyyət üçün maraqlı
olmalıdır. Çunki rep sosial reportaj və ictimai mahiyyət ifadə edir. Rəşad Məcid isə Qaraqanı yeni nəslin istedadlı nümayəndələrindən biri
adlandırır. "Onun əsərləri cavanlar arasında sevilir. İnanıram ki,
onlar gələcəkdə də yaradıcılıqlarını təkmilləşdirəcəklər", – deyə yazıcı
qeyd edir.
|