Bir adam Hz.Əliyə (ə) gəldi və: "Sənə soruŞmaq istədiyim dörd sualım var" dedi. Elm Şəhərinin Qapısı: "Buyur, soruŞ!" dedi. Adam soruŞdu: "Vacib nədir? Vacibdən daha vacib nədir?" Hz.Əli cavab verdi: "Tövbə etmək vacibdir. Günahları tərk etmək isə ondan daha vacibdir." Adam soruŞdu: "Yaxın nədir? Yaxından daha yaxın nədir?" Hz. Əli cavab verdi:"Qiyamət yaxındır. Ölüm ondan daha yaxındır." Adam soruŞdu: "Əcaib nədir? Əcaibdən daha əcaib nədir?" Hz.Əli cavab verdi: "Dünya əcaibdir. Dünyanı sevmək isə ondan daha əcaibdir." Və adam son olaraq, bu sualı soruŞdu: "Çətin nədir? Çətindən daha çətin nədir?" Və Hz.Əli, bu son suala da, belə cavab verdi: "Qəbir çətindir. Azuqəsiz, əməlsiz qəbirə girmək ondan daha çətindir."
|