Yerli telekanalların birinin efirində xalq artisti İlhamə Quliyeva şəxsi həyatından danışıb
"Mən ərə gedəndə anam onun
evinə köçməyə icazə vermədi. Toydan sonra öz evimizdə, ərimlə birlikdə
yaşadım. O, mənim birinci ərimdi və artıq çoxdan dünyasını dəyişib".
İ.Quliyeva həmçinin ikinci dəfə ərə getməsindən və həyat yoldaşının xaricdə yaşayıb işləməsindən də danışıb.
"Mənim şəxsi həyatım var. Həyat yoldaşım var. Azərbaycanlıdır, amma
Azərbaycan vətəndaşı deyil. Artıq 28 ildir ki, xaricdə yaşayır. Biz
onunla zəngləşir, görüşürük", - deyə xalq artisti bildirib.
İlhamə xanım onu da əlavə edib kKi, tezliklə Azərbaycanı tərk edəcək. O, İsveçrəyə hazırlaşır.