İncimirəm məndən uzaq duranlardan… İncimirəm qeybətimi qıranlardan… İncimirəm adi aravuranlardan… Kürəyimdən vuranlardan inciyirəm!
İncimirəm mənə əyri baxanlardan… İncimirəm hər tərəfə axanlardan… İncimirəm qurduğumu yıxanlardan… Ümidimi yıxanlardan inciyirəm!
İncimirəm mənə yalan deyənlərdən… İncimirəm özlərini öyənlərdən… İncimirəm müftə çörək yeyənlərdən, Haram tikə yeyənlərdən inciyirəm!
İncimirəm məni darda atanlardan, İncimirəm tikan kimi batanlardan… İncimirəm sözü baha satanlardan Vicdanını satanlardan inciyirəm!
İncimirəm məni soyuq sananlardan… İncimirəm həsəd çəkib yananlardan… İncimirəm dediyini dananlardan… Öz dilini, Öz dinini, Vətənini dananlardan inciyirəm!