İngiltərə Xərçəng Araşdırmaları Mərkəzi mədəaltı vəzi xərçənginin bəzi tipləri ilə bağlı çox mühüm kəşfə imza atıb. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Belə ki, tədqiqatçılar "USP9x" adlı genin bəzi xəstələrdə mədəaltı
vəzi şişinin yayılmasının qarşısını ala biləcək bir özəlliyə sahib
olduğunu müəyyən ediblər. Tədqiqat zamanı bu genin xərçəng səbəbindən
aktivliyini dayandırdığı, bunun da şişin orqanizmə yayılmasını
sürətləndirdiyi məlum olub.
"US9x"in geni mutasiyaya uğramadığı halda funksiyasını itirən zaman
işə zülalların və başqa kimyəvi maddələrin ona yapışması faydalı olur.
Alimlərin bu kəşfi mədəaltı vəzi xərçənginin müalicəsinə yeni yanaşma
qapılarını aça bilər.