Sənə əlvida deyirəm.. Sevgimi,arzularımı,gözlərini geridə qoyub,əlimi sənlə bağlı arzularımdan güclə üzüb gedirəm... Ruhumu sənə cismimi bir başqasın təslim edib gedirəm... Gözlərimin azdığı,hisslərimin uçunduğu o ucsuz-bucaqsız uzaqlarda sən mənimsən həmişə,mən səninəm həmişə...
Bu qismətin nankor üzü mən oldummu?! Üz çevirdim varlığına Əllərində vidam qaldı Yaddaşını güllələyən sədam qaldı Bilirəm... Getdim!
Kürəyimə saplanmışdı baxışların Gözlərindən gedən yola ələnirdi qanım mənim Tükətmişdin taqətini, Qəlbindəki hayqırtıdan tutulmuşdu qulaqları Can verirdi canım mənim. Etinasız kölgələrdə itə-itə gizlənirdim. Bilirdimki hara getsəm nifrətinlə izlənirdim. Qəzəbindən dar etmişdin ürəyimdə məzarımı Gözlərinin aynasında çiliklənib qırılmışdım Mən! ruhumdan vurulmuşdum. Sürünürdü varlığımın sümükləri Getdim!
Üzü qoylu yıxılmışdım bu dünyaya Barmaq-barmaq Cırmaq-cırmaq Getdim!
Ürəyimdə bircə günlük ömrüm ilə gedə bildim Səni xoşbəxt görmək üçün bu dünyada Taleyindən itə bildim Getdim!