Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, 2 övlad anası olan 47 yaşlı aktrisa gözəlliyinin üç əsas sirri olduğunu bildirib:
"Mənim üçün ailəm hər şeydən önəmlidir. Ərim Vinsent Kassel də məşhur aktyordur və bu səbəbdən də sürəkli səyahətlərdədir. Əslində, qaraçılar kimi yaşayırıq. Nikahımızın ömrümüzün sonunadək davam etməsini istərdim", - Monikadeyib.
Onun sözlərinə görə, gözəlliyinin sirri "Ye, sev, yaşa" prinsiplərinə əsaslanır.
"Gözəllik nədir? Gözəllik həyatımız və hisslərimizin simamızda əks olunmasıdır. Xanımlara deyirəm: əgər bir kişinin sizə diqqət yetirməsini istəyirsinizsə, həmişə gözəl makiyajda olun, gözəl geyinin. İfrata varmayın, amma kosmetikanı da unutmayın", - aktrisa söyləyib.
|