Ana səhifə » 2012 » May » 19 » Müğənni Nazənin keçmiş və indiki həyat yoldaşlarından danışdı – VİDEO
00:47
Müğənni Nazənin keçmiş və indiki həyat yoldaşlarından danışdı – VİDEO
Space telekanalında yayımlanan "Yalan-doğru”
verilişinin növbəti çəkilişi baş tutub. Lent.az-ın xəbərinə görə,
verilişin budəfəki qonağı müğənni Nazənin olub.
Aparıcı Vüqar Hüseynovun təqdimatında yayımlanan verilişdə müğənni
indiyədək heç kimin bilmədiyi məqamlara aydınlıq gətirib. Detektora
bağlanan müğənni ona ünvanlanan suallara doğru cavab verməyə çalışıb.
Veriliş boyu Nazənin qardaşının narkotik aludəçisi olması haqqında
yayılan söz-söhbətlərə aydınlıq gətirib. Keçmiş və indiki həyat
yoldaşlarından danışan müğənni onların hansının uşaqlarına yaxşı ata
olmasından danışıb.
Müğənni köhnə evini həyat yoldaşının keçmiş arvadı ilə olan davasına görə satıması sualına da cavab verib.
Verilişə jurnalist Tahirə Məmmədqızı və prodüseri Pərvizlə qatılan
müğənninin şəxsi həyatı ilə bağlı açıqladığı ilginc faktları bilmək
istəyirsinizsə, mayın 18-i, saat 23:00-da Space telekanalından
yayımlanan "Yalan-Doğru” verilişini izləyə bilərsiniz.