Tanınmış bəstəkar Murad Arif yay mövsümünün yeni hit mahnısını
yazıb. "Atəş” adlı yeni bəstə müğənni Roza Zərgərlinin payına düşüb.
SİA-ya açıqlama verən Muradın sözlərinə görə, onun qələminin ən yeni
məhsulunu Roza ifa etməklə yanaşı, hətta mahnıya ekran həyatı da
verəcək.
Murad onu da əlavə edib ki, klipi Rusiyada yaşayan azərbaycanlı rejissor ekranlaşdıracaq.