Bakı Dövlət Universitetinin profesoru xüsusi amansızlıqla döyülüb. Bu
haqda xəbəri "Olaylar” yayıb. Mənbənin məlumatına görə, hadisə
universitetin beynəlxalq hüquq fakultəsində baş verib: "Fakülətənin 3-cü
kurs tələbəsi olan qız dərsdə saqqız çeynəyib və müəllim bunu görüb.
Müəllimin
etirazına qızın saqqız çeynəyə-çeynəyə cavab verməsi qalmaqalla
nəticələnib. Əsəblərini cilovlaya bilməyən müəllim tələbəni dərsdən
qovub. Əvvəlcə auditoriyadan çıxmaq istəməyən tələbə qız müəllimlə
dalaşıb və onu söyüb dərsdən çıxıb. Elə hadisə də bundan sonra baş
verib. Məlumata görə, qız məsələ ilə bağlı nişanlısı-müdafiə sənayesi
naziri Yavər Camalovun oğluna məlumat verib və onu universitetə çağırıb.
Bir neçə qoluzorlu ilə birlikdə universitetə gələn nazir oğlu
nişanlısının dərsdən qovulmasını özünə təhqir bilib universitetə daxil
olub.
Nazir oğlu yanındakı idmançı görkəmli
dostları ilə birlikdə auditoriyaya soxulub müəllimə hücum ediblər.
Məlumata görə, o dəstəsilə birlikdə müəllimi tələbələrin gözü qarşısında
döyməyə başlayıb. Nazir oğlu və onun dostlarının özbaşınalığına
dözməyən tələbə oğlanlar müəllimi onların əlindən almağa çalışsalar da,
mümkün olmayıb. Müəllimin xüsusi amansızlıqla döyüldüyünü görən
tələbələr məcburiyyət qarşısında hadisə yerinə polis çağırmalı olub.
Mənbənin dediyinə görə, Yavər Camalovun oğlu müəllimi bir saatdan artıq
döyəndən sonra onu döşəmədə atıb universiteti tərk edib. Professora
xəbərdarlıq edilib ki, şikayət ediləcəyi təqdirdə onun və ailəsinin
həyatı təhlükə altında olacaq”.