25 yaşlı xanımın dediyinə görə, təyyarə sürmək, səmada buludların üstündə olmaq onun həyatının arzusu olub.
Milli.Az "The İndependent"ə istinadən bildirir ki, Lids Universitetinin aviasiya texnikası fakültəsini başa vurandan sonra o, pilotların cəmi 5 faizinin qadınlar olduğu sahədə - sərnişin aviadaşımalarında çalışmağa başlayıb.
Hazırda o, Devon şəhərindəki "Flybe" aviaşirkətində işləyir.
"Aviasiyaya sevgim 9 yaşım olanda, ilk dəfə pilot kabinəsinə daxil olanda yarandı. Təyyarə enirdi və kapitan kresloya oturmaq istədiyimi soruşdu. Sanki dünyanı mənə verdilər", - Keyt deyib.
İspaniyada pilotların ixtisasartırma kursunu başa vurandan sonra Keyt 4 yerlik, bir mühərrikli təyyarələri idarə etmək üçün lisenziya alıb.
Onun təhsilə görə 80 min funt-sterlinq kredit borcu var və Keyt bu pulları yaxın vaxtlarda ödəyəcəyini deyir. Həmkarları onu "Səma kraliçası" adlandırırlar.
|