Dinləyiciləri tarının sarı simi ilə ilhama gətirən Humay Qədimova
müğənnilik fəaliyyətinə başlayıb. Tarzən ANS PRESS-ə açıqlamasında,
dostlarının təkidi ilə oxumağa başladığını deyıb: "Hələki oxumaqda özümü
şanslı hesab etmirəm. Oxuyan çoxdu. Amma mənim kimi tar çalan qız
yoxdu."
Humay Qədimovanın yeni ifasını eşidənlər tarzənin ifasını müğənni
karyerasının mükəmməl başlanğıcı hesab edirlər. Gözəl tarzən müğənni
kimi oxuyub, tarı yerə qoymaq niyyəti olmadığını bildirib. Sözünü tarı,
udu ilə deyən Humay oxumağı sənətinin bir qolu adlandırır.
Musiqiçi artıq mahnılarının sayını artırır, yaxın vaxtlarda onları toplu
edib satışa çıxaracaq. İlk ifası Şəmsi Kərimovanın bəstəsi olan
"Gecələr" mahnısı olan Humay Qədimova bunun davamı olaraq yeni bəstəkar
mahnısı yazdırıb. "Ölərəm sənin üçün" adlı bu mahnını ona bəstəkar Tunar
Rəhmanoğlu təqdim edib. Hər iki mahnıda tarzən özü-özünü müşayiət edib.
İndi növbəti, üçüncü mahnı hazırlanır.