İngiltərə alimləri pomidorun dadını daha da yaxşılaşdırmaq üçün maraqlı bir layihə üzərində çalışırlar. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
BBC-nin verdiyi xəbərə görə, Nottingem Universitetində aparılan
tədqiqat nəticəsində pomidorun genetik xəritəsi hazırlanıb. Bundan
sonrakı hədəf isə qarşıdakı beş il ərzində həmin genetik kodları açmaq
və xəritənin tamlığını bərpa etməkdir.
Bununla da pomidora dad verən bütün genetik ünsürlər aşkar olunacaq və artıq daha ləzzətli pomidorlar yetişdiriləcək.