Ana səhifə » 2012»May»9 » Rihanna 8500 kvadrat metr sahəsi olan malikanəsini satır
16:10
Rihanna 8500 kvadrat metr sahəsi olan malikanəsini satır
İnşa ediləndən sonra müğənninin xoşuna gəlməyən və yağış zamanı damından içəri sular axan malikanənin ilkin satış qiyməti 4,3 milyon dollardır. Halbuki 23 yaşlı müğənni iki il əvvəl həmin malikanəni 6,9 milyon dollara satın almışdı.
CBS bildirir ki, 8 yataq otağı olan malikanənin satışa çıxarılmasının əsas səbəbi təmirdən sonra binanın lüks görkəm alaraq rahat yaşayış məkanına çevrilmək əvəzinə, müğənninin başına bəla olmasıdır. Rihanna malikanəyə köçən günün ertəsi güclü yağış yağmış, otaqlara su dammışdı. Bu isə Riannanı təbdən çıxardı və o, malikanəni tərk edərək "Belə evdə bir gün də yaşamaram" dedi.
Daha sonra isə Rianna 8500 kvadrat metr sahəsi olan malikanənin sabiq sahibi Hizer Rudomini məhkəməyə verərək bildirdi ki, malikanənin hidroizolyasiyası bərbad gündədir. Üstəlik, bina ciddi inşaat qüsurları ilə tikilibmiş.
Üçmərtəbəli malikanədə media-mərkəz, qonaq zalı, 3 soba, 8 yataq otağı və 10 vanna otağı, 3 akrlıq həyət və hovuz var.