Ana səhifə » 2012 » May » 17 » Son dəqiqə! 'Qara Qarayev'də atışma: 2 nəfər öldürüldü, yaralılar var
01:39
Son dəqiqə! 'Qara Qarayev'də atışma: 2 nəfər öldürüldü, yaralılar var
Mayın 17-nə keçən gecə hüquq-mühafizə orqanları Bakıda radikal dini qrupa qarşı növbəti əməliyyat keçirib.
Hüquq-mühafizə
orqanlarından daxil olan məlumata görə, metronun Qara Qarayev
stansiyasının yaxınlığında keçirilən əməliyyat zamanı radikal dini
təmayüllü silahlı qruplaşma zərərsizləşdirilib.
Əməliyyat zamanı
güc strukturlarına silahlı müqavimət göstərən dəstənin 2 üzvü məhv
edilib, bir neçəsi isə xəsarət alıb. Dəstə üzvlərinin hamısı saxlanılıb.
Əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşlarından xəsarət alanların olduğu deyilir. /// lent.az