TELQRAF: Uilliam Kuke və Carles Uhetston
adlı iki İngilis fiziki 1837-cı ildə naqil vasitəsi ilə elektrik
cərəyanı göndərərək mesaj çatdırmağı bacardı. Beləliklə də ilk elektrik
teleqraf maşını ortaya çıxdı. Elektrik cərəyanı alıcı cihazın
siferblatındakı silsiləvi iynəni hərəkət etdirərək çatdırılacaq mesajın
görüntüsünün ekranda meydana çıxmasına kömək olurdu.
MORZE ƏLİFBASI: 1843-cu ildə Samuel
teleqraflarda nöqtə və xətlərdən ibarət olan məşhur Morze əlifbasini
kəşf etdi. Samuel 60 km uzaqlıqdakı Vaşinqtona bir teleqraf xətti
çəkərək, ondan prezident seçkiləri ilə əlaqədar xəbərləri çatdırmaq üçün
istifadə etdi.
TELEFON: 1876-cı ildə Aleksandr Qraham
Bell və Tomas Uatson adlı iki elektrik mühəndisi telefonu icad etdi.
Tarixdəki ilk telefon zəngini 10 mart 1876-cı ildə Bell edib.
RADİO: 1902-ci də italyan ixtiraçı
Quqlelmo Markoni kabel ya da tel olmadan bir yerdən digərlərinə mesaj
göndərmənin yolunu kəşf etdi. Beləcə radio meydana gəldi. Markoni ilk
dəfə olaraq 9 metr uzaqdan qapının zəngini vurmaği bacara bilmişdi və
bunu edərkən hansı bir naqildən istifadə etməmişdi. O istifadə etdiyi
üsula "elektromanqnit" adını vermişdi.
FM RADİO: 1920-ci ilə Eduin Hovard
Armstronq, FM radionu inkişaf etdirdi. Elektrik mühəndisi Armstronq FM
radionu kəşf edərkən elektromaqnetik ötürüçülərdən istifadə edib.
PEYK: İlk peyk 4 oktyabr 1957-ci ildə
SSRİ tərəfindən orbitə göndərilib. "Sputnik" adı verilən dünyanın ilk
suni peykinin ağırlığı 82 kq idi.
FAKS: 1843-cü ildə ilk faks maşını kəşf
edilib. Ancaq faks vasitəsi ilə ilk şəkili göndərmək 1922-cı ildə mümkün
olub. İlk foto şəkli alman fiziki Artur Korn radio dalğaları ilə
Avropadan Amerikaya göndərib.
YEMƏK ÇUBUQLARI: Yemək çubuqlardan 5000
il əvvəl ilk dəfə Çində istifadə edilməyə başlanıb. Çinlilər daha yaxşı
bişməsi üçün yeməkləri çox kiçik parçalara ayırırdılar. Bunları tuta
bilmək üçün də ağac budaqlarını istifadə edirdilər. Bu gün Çin,
Yaponiya, Viyetnam, Koreya kimi Uzaq Şərq ölkələrində yemək çubuqları
hələ məşhur olaraq istifadə edilməkdədir.
ÇÖRƏK QIZARTMA MAŞINI: 1909-cu ildə
Ceneral Elektrik şirkəti, ilk elektrikli çörək qızartma maşınını bazara
çıxarıb. Dilimlənmiş çörək, elektriklə isidilən bir tel üzərinə
qoyulurdu. Nizamlı bir saat vaxt tamam olanda elektriki kəsir və çörəyi
çölə tərəf itələyirdi.
QAŞIQ: İnsanların lap qədimdən istifadə
etdiyi qaşıqların atası dəniz qabıqlarıdır. Qaşığın Latınca və Yunanca
alternativi "spiral şəkilli sümüklü qabıq" mənasını verən "cochlea"
sözündən törədilmişdir. Günümüzdəki formasını isə eramızın birinci
əsrində Romalılar kəşf edib.
BIÇAQ : Bıçağın tarixdə qəti olaraq nə
vaxt icad edildiyi məlum deyil. Orta əsrlər Avropasında ev sahibi masaya
bıçaq gətirməzdi, çünki hər kəs özü ilə bıçaq daşıyırdı.
ÇƏNGƏL: Çəngəli ilk istifadəciləri
yunanlardır. Ancaq tədiqatlara görə yemək yeyərkən ilk dəfə çəngəldən
istifadə VII əsrdə Ərəbistanda olub. XIII əsrdə isə bizanslılar kütləvi
olaraq çəngəldən istifadə ediblər.
MEXANİKİ SAAT: 999-cu ildə Qerbert
bəşəriyyətin vaxtı ölçə bilmə arzusuna xidmət etmək üçün yeni bir məhsul
ortaya qoydu. Fransız keşiş və sonrasında Papa olan Qerbert ilk
mexaniki saatı kəşf etdi.
TİKİŞ MAŞINI: İlk tikiş maşını 1830-cu
ildə Bartelemi Timonner tərəfindən icad edilib. Lakin, o dövrlərdə xeyli
çox dərzi, işini itirəcəyi qorxusuyla bu maşınları sındırırdılar.
ELEKTRİK ÜTÜ: 1882-cı ildə Anri Sili elektrik ütünü kəşf edib. Bundan qabaqkı ütülər isə dəmirdən idi və odun üzərində isinirdi.
TOZSORAN: Elektrikli süpürgə 1901-cı
ildə Habert Buz tərəfindən icad edilib. Buzun tozsoranı o qədər böyük
idi ki, bir yerdən başqa yerə aparmaq üçün atlı avtomobildən istifadə
edilirdi. Lakin cıhaz yaxşı işləyirdi; belə ki İngilis Kralı VII Eduard
öz tacqoyma mərasimindən əvvəl salondakı xalçaların bu süpürgə ilə
təmizlənməsini istəmişdi.
SOYUDUCU: İlk elektrikli soyuducu Karl
Linde tərəfindən 1877-cı ildə kəşf edilib. Lindenin cihazı, yeməklər
soyutmaq üçün freon qazı əvəzinə metil adlı son dərəcə partlayıcı bir
qazdan istifadə edilirdi. Ona görə də bu soyuducu çox yayılmadı. Freon
qazı istifadə edilən ilk soyuducunu isə Balzer Von Platen ilə Karl
Munters birgə hazırlayıb.
TERMOS: 1906-cı ildə şotlandiyalı Devar adını termos qoyduğu və içinə qoyulan mayenin istiliyini saxlayan bir sistem icad etdi.
KARANDAŞ: Müasir karandaşları fransız
kimyaçı Nikolas Konte kəşf edib. Gil və qrafiti qarışıdıraraq yandıran
və taxtadan düzəldilmiş çubuqun içinə qoyan Konte 1795-ci ildə onun
patentini də alıb. İlk karandaş fabriki isə Nyu Yorkda təsis edilib.
SANCAQ: Sancaq, ilk dəfə Amerikalı Eduin
Mur tərəfindən kirayə qaldığı otaqda kəşf edib. O, bir gün əvvəl
düzəltdiyi sancaqları sabahısı gün satırdı. Bir gün Kodak
Kompaniyasından böyük bir sifariş alan Mur 1904-cu ildə "Mur Sancaq
Şirkəti"ni yaratdı. Həmin şirkət hələ də xırdavat istehsalına davam
etməkdədir.