Əgər
mikrobloqlar xidməti göstəricilərinin artım tempi indikindən 2 dəfə çox
olarsa, şirkətin satış həcmi 1 milyard dollar təşkil edə bilər.
"EMarketer” analitik şirkəti satış həcminin 1 milyard dollar həcmində
olacağını hesab etmir və güman edir ki, 2014-cü ilədək Twitter”in satış
həcmi yalnız 540 milyon dollar təşkil edəcək. Müqayisə üçün: 2011-ci
ilin nəticəsinə görə şirkətin satış həcmi 139,5 milyon dollara bərabər
olub.
Məlumat üçün bildirim ki, "Twitter” ilk reklam platformasını 2010-cu
ildə, yaranma anından 4 il sonra təqdim edib. Belə ki, mesaj limitinin
140 simvol olması ilə əlaqədar mikrobloq reklam formatını təyin edə
bilmirdi. "Twitter” 2011-ci ildə mobil reklam platformasını istifadəyə
verib.