Yarasalar çoxumuzun görmədiyi və görmək istəmədiyi canlıdır.
Lakin onun haqqında bəzi məlumatları öyrənmək bizə zərər olmaz məncə;))
Hekayətə görə yarasalar İsa(Ə) ın qövmünə peyğəmbərliyini və Allahın qüdrətini göstərmək üçün, palçığa üfürməsi ilə yaranıb.
Yarasanı yaratmaqda məqsəd o idi ki, yarasa bütün yaranılmış canlılardan tam fərqlənir və Allahın
qüdrətinin nəyə qadir olduğunu bir daha özündə əks etdirir.
Yarasalar qandan və ətdən ibarətdir. Qanadlarını çırparaq uçan yeganə məməlidir. Quş kimi
uçsa da, yumurtlamaz, diri bala doğar və süd verər. Gündüzün işığında və gecənin qaranlığında
görməz. İnsan kimi gülər. Düşünülən kimi pis heyvan deyil. Hər ovunu yedikdən sonra pişiklər kimi
özlərini yalayıb təmizləyərlər. Yarasalar səs dalğaları vastəsilə cismin uzaqlığını, formasını
təsbit edə bilirlər. Böcəyin qanı, meyvənin şirəsi ilə qidalanır.
Adətən mağaraların qaranlıq və rütubətli yerlərində yaşayırlar.
Kinolarda izlədiyimiz vampir filmləri məhz yarasalardan ilhamlanıb çəkilmişdir.
|