İtaliyanın Venesiya şəhərində XVI əsrə aid kütləvi məzarlıqda ağzına
daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar edilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Hazırda alimlər bunun tarixdə qeydə alınan ilk "vampir dəfni" olub-olmadığını araşdırırlar.
Florensiya Universitetinin alimi Matteo Borriniyə görə, Nuovo
Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq
edildiyi bir "vampir"ə aid ola bilər.