Tokionun Elm Universitetinin professoru Takaşi Tsucinin rəhbərliyi
ilə bir qrup yapon təqdqiqatçı gövdə hüceyrələrindən yaradılan saç
follikul vəzisinin implantasiyası yolu ilə siçanlarda tük yetişdirilməsi
üzrə təcrübəni uğurla sınaqdan keçiriblər.
Alimlər adətən orqan və toxumaların yetişdirilməsi üçün rüşeym gövdə
hüceyrələrindən istifadə edirlər. Lakin yapon mütəxəssislərin sözlərinə
görə, bu dəfə onlar yaşlı adamların gövdə hüceyrələrindən follikullar
əldə etməyə nail olublar.
Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, köçürülmədən üç həftə
keçdikdən sonra follikulların 74 faizində tüklər böyüməyə başlayıb, həm
də bu zaman follikullar hətta tüklərin qırxılmasından sonra da onlar
yenidən çıxmaq qabiliyyətini itirmirlər.
Alimlər tük follikullarına yerləşdirilən hüceyrələrin tiplərini dəyişməklə saçların sıxlığı və rəngini də dəyişə biliblər.
|