Ana səhifə » 2012»May»8 » Yaponiya şirkətindən Gökhan Özənə 60 min dollar
09:31
Yaponiya şirkətindən Gökhan Özənə 60 min dollar
Müğənninin "Eşq yorğunu” adlı mahnısının bəstəsi ilə Yaponiyaya dəvət alıb
Məşhur
musiqiçi və prodüser Gökhan Özən, 2010-cu ildə çıxan albomuda olan "Eşq
yorğunu” adlı mahnısına görə, Yaponiyaya dəvət alıb.Yaponiyanın musiqi
şirkətlərindən olan "Takarazuka Theather Revue Company”nin "Luna Rossa”
adlı muziklında və Yaponiyanın "SKY Perfect TV” adlı televiziya
kanalında yayımlanmaq üzrə istifadə ediləcək mahnıya yapon rejissoru
aşiq olub.
Beləcə, 2011-ci ildə cəmi 180 dəfə nümayiş olunan və təxminən 650 min
tamaşaçıya canlı olaraq çatan müzikılın sonuncu hissəsində yer alan
G.Özən imzalı "Eşq yorğunu” mahnısı olub.
Müvəffəqiyyətinin ardından 2012-ci ildə isə məşhur musiqiçilər təkrar
təmasa keçiblər. Bundan sonra Yaponiya şirkətinin yayım icazəsi və
müəllif hüquqları daxil olmaq üzrə iki ildə G.Özənə cəmi 60 min dollar
ödəmək məcburiyyətində qalıblar.