Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Bazar ertəsi, 29.04.2024, 11:10
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 9 » Ay bərəkallah: 84 arvad və 401 övladlı kişi
    19:39
    Ay bərəkallah: 84 arvad və 401 övladlı kişi


    Amadu Sidi Cibril kefinin kök, damağının çağ olduğunu deyir. Çünki o, böyük ailənin başçısı, bir nəslin ağsaqqalıdır.

    Üstəlik, mehriban və qayğıkeş ər, övladlarını sevən ata olduğunu deyir.
    Amma Sidi Cibrilin bir problemi var: o, övladlarının hamısının adlarını yadda saxlaya bilmir.

    Çünki 73 yaşlı Amadunun 401 övladı var. Üstəlik, onun 64 övladı da bu ilin sonunadək anadan olmalıdır.


    Malinin Kuilkoro şəhərinin cənubundakı Buquni Bamamo kəndində yaşayan Amadu Sidi Cibrilin 84 arvadı, 401 övladı var. Kənddəki evlərin, daha doğrusu, çiy kərpicdən tikilmiş kiçik daxmaların tam əksəriyyəti Amaduya məxsusdur.

    Amadunun 56 arvadı hamilədir və dediklərinə görə, bu ilin sonunadək doğmalıdırlar.
    1200 dəvəsi, 540 inəyi, 4 minə yaxın qoyunu, 200 camışı olan Amadunun sözlərinə görə, çoxsaylı ailəsini dolandırmaq üçün çətinlik çəkmir.


    "375 oğlum var və onların ən kiçiyi 8 aylıqdır. Yerdə qalanlar, yəni 310 nəfər çalışır, işləyirlər və hərəsi bir işin qulpundan yapışır", - deyən Amadunun təsərrüfatı sanki kiçik şəhərdir.

    Çünki Amadunun 46 yük maşını, 12 cipi, 18 traktoru, 32 velosipedi və s. texnikası var.

    Amadu yaşadığı kəndin mühafizəsini oğullarına tapşırıb. Daha doğrusu, çoxuşaqlı atanın oğullarından ibarət 130 nəfərlik silahlı dəstə var. Bu dəstənin pulemyotlu cipləri, qumbaraatanları, hətta təyyarə və helikopterləri vurmaq üçün kiçik raketləri də var. 

    Amadu Sidi Cibril kəndin yaxınlığındakı bütün vahələrlə yanaşı, Niger çayının sahilindəki qızıl, mis və molibden mədənlərinə də nəzarət edir.


    O, Afrikanın, bəlkə də dünyanın ən çoxuşaqlı atası sayıla bilər. Ümumiyyətlə, Amadunun ailəsi unikal icma da hesab olunur.

    Sequ və Makako şəhərlərindəki dövlət məmurlarının dediklərinə görə, yaxın vaxtlarda Amadunun ailəsi həndəsi silsilə ilə böyüməyə başlayacaq, çünki çoxuşaqlı atanın oğulları ailə qurublar və bu yaxınlarda atalarını nəvələrlə sevindirəcəklər.

    "Amenokal", yəni tuareqlər arasında qəbilə başçısı sayılan Amadu Sidi Cibril isə bu ayın sonunda daha iki arvad almaq niyyətindədir.
    Bölmə: Maraqlı | Baxılıb: 545 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 1
    +1  
    1 yagmur   (09.05.2012 19:42) [Xəbər]
    dehwetdir eee bele wey olmaz burda hec birine baxa bilmirler onda qalmiw 401 uwaqa can goren neler cekir heresine bir saqqiz gor ne qeder edir ??? sad sad sad sad

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz