Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Bazar ertəsi, 29.04.2024, 18:19
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 10 » Azərbaycanda Böyük Vətən müharibəsi əlillərinə avtomobil hədiyyə olundu..
    19:07
    Azərbaycanda Böyük Vətən müharibəsi əlillərinə avtomobil hədiyyə olundu..



    Naziliyin İcimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşü giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, ölkəmizdə müharibə veteranlarına diqqət və qayğının əsası hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin ilk illərində isə müharibə veteranları diqqətdən kənarda qalmış, hətta 9 May - Qələbə Gününün qeyd olunması unudulmuşdu. Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra 9 May - Qələbə Günü dövlət bayramları sırasına daxil edilib, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılıb.

    Prezident İlham Əliyev tərəfindən bu diqqət və qayğı yüksələn xətlə davam etdirilir. Bunun daha bir ifadəsi kimi, dövlət başçısının 30 aprel 2012-ci il tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə" sərəncamına əsasən, həmin kateqoriyalardan olan vətəndaşlara birdəfəlik maddi yardımlar verilib.

    Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 aprel 2012-ci il tarixədək 695 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, 45 nəfər isə mənzillə təmin edilib. Bununla yanaşı, Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.

    Tədbirdə qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərmiş, az bir müddət ərzində respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Azərbaycanın 700 minə yaxın igid oğlu və qızı cəbhəyə yollanıb və Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsinə, 170 min nəfəri SSRİ-nin müxtəlif orden və medallarına layiq görülüb. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. O zaman bütün sovet neftinin 75 faizi Azərbaycanda istehsal olunub. Bu, tarixi bir həqiqətdir ki, Bakı nefti alman faşizmi üzərində qələbənin əsas amillərindən biri olub.

    Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına 20 ədəd "Lifan"markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub.
    Bölmə: Maraqlı | Baxılıb: 544 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 1
    0  
    1 yagmur   (10.05.2012 20:13) [Xəbər]
    ne yaxwi tebrik edirem smile smile smile

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz