Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Bazar ertəsi, 29.04.2024, 13:04
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 11 » Bitdimi sevgin?
    12:20
    Bitdimi sevgin?


    Sənsiz yaşamağın yoxdu dəyəri,
    Sənsən bu ömrümün nuru bəzəyi.
    Sənsiz hər dəqiqəm əzab olacaq,
    Əzablar içində ömrüm solacaq.

    _*_*_*_*_*_*_*_*_*_*_*_*_*_

    Mən elə bilirdim sən həyatımın,
    Qışını döndərib yaz edəcəksən.
    Daha bilmədim ki, qalan ömrümü,
    Bir gülün ömründən az edəcəksən.

    _*_*_*_*_*_*_*_*_*_*_*_*_*_

    Nə biləydim bu sevginin sonu yox,
    Nə biləydim dünya belə dönəcək.
    Nə biləydim sevgi adlı bir ocaq,
    İkimizin arasında sönəcək.

    _*_*_*_*_*_*_*_*_*_*_*_*_*_

    Olduqca sadə idi o, ilk baxışdan,
    Eşq ilə duyurdum həyatı bir an.
    İndi həsrətidir məni yaşadan,
    Bivəfa dilbərdən şikayətim var.
    Çox ölçüb-biçmişəm, məndədir günah,
    Bunu başa düşüb mən çəkmişəm ah.
    İnan ki, düzünü yazıram vallah,
    Özümün özümdən şikayətim var.

    _*_*_*_*_*_*_*_*_*_*_*_*_*_

    Getmək istəyirsənsə bəhanəsiz get,
    Oyatma mürgülü xatirələri.
    Səsin həmin səsdir baxışın ögey,
    Gedirsən səsində yad olsun barı.
    Sən dəniz qoynuna tullanmiş çiçək.
    Dalğalar üstünə atılacaqdır.
    Saxta məhəbbətin, saxta sənəd tək,
    Nə vaxtsa üstndən tanılacaqdır.
    Getmək istəyirsən o yol o da sən,
    Bir cüt göz baxacaq arxanca sənin.
    Nə vaxtsa geriyə dönmək istəsən,
    Tikanlı yastığa dönəcək yerin.

    _*_*_*_*_*_*_*_*_*_*_*_*_*_

    Günəşə baxanda xatırla məni,
    Mən səni günəşə bənzətdiyimçün.
    Yağışa baxanda yada sal məni,
    Səni damla-damla itirdiyimçün.
    Bir söz danışanda xatırla məni,
    Sənin sözlərini işlətdiyimçün.
    Bir yolla gedəndə unutma məni,
    Sən gedən yollarda mən getdiyimçün.
    Mənim arzularım qoy tez çin olsun,
    Mənə etdiklərin qismətin olsun.
    Sənin də sevdiyin vəfasız olsun,
    Bütün sözlərini cavabsız qoysun.
    Peşiman olarsan mütləq nə vaxtsa,
    Sən məni ömürlük itirdiyinçün.
    Bir böyük səhvim var, səni sevmişəm,
    Çəmənlik içindən tikan dərmişəm.
    Həyatda özümə nifrət etmişəm,
    Sənin tək alçağa vurulduğumçun!

    _*_*_*_*_*_*_*_*_*_*_*_*_*_

    Bölmə: Şerlər | Baxılıb: 600 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 1
    0  
    1 yagmur   (11.05.2012 12:33) [Xəbər]
    az lima eladir eee coooooxx beyendim yawa eee applause applause applause heart heart

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz