Ana səhifə » 2012 » May » 23 » "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalının qaliblərinin finalda çıxış ardıcıllığı müəyyənləşib
08:01
"Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalının qaliblərinin finalda çıxış ardıcıllığı müəyyənləşib
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Eurovision-2012” mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatmışdır.
AzərTAc xəbər verir ki, yarımfinal mərhələsi bitdikdən sonra isə qalib
ölkələrin təmsilçiləri mətbuat konfransı keçirmişlər. Finala vəsiqə
qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını
cavablandırmışlar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilmişdir.
Püşkatmanın nəticələrinə görə, "Eurovision-2012” mahnı müsabiqəsinin
finalında Rumıniya 14-cü, Moldova 26-cı, İslandiya 7 -ci, Macarıstan
2-ci, Danimarka 15-ci, Albaniya 3-cü, Kipr 8-ci, Yunanıstan 16-cı,
Rusiya 6-cı, İrlandiya isə 23-cü çıxış edəcəkdir.