Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Bazar ertəsi, 29.04.2024, 12:48
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 11 » Günün qoroskopu (11.05.2012)
    10:32
    Günün qoroskopu (11.05.2012)


    Bu günü asan və uğurlu adlandırmaq çətindir. Nəyəsə nail olmaq istəyirsiniz? O zaman gücdən düşənədək işləməyə hazır olun. Və əgər zəhmətiniz əbəs olsa, ümumiyyətlə bəxtiniz gətirməsə, təəccüblənməyin. 

    Təmaslarda ehtiyatlı olun. Azacıq da olsa, şübhəli tanışlıqlardan imtina edin. 

    Eyni zamanda, darıxmağa da vaxt yoxdur. Maneələri aşmağı sevənlər, güclü rəqiblərlə mübarizə aparmağı xoşlayanlar vaxtlarını əla keçirəcəklər. Hiyləgərlik, manipulyasiyalar, intriqalar bu gün dəbdədir. 

    Qoç - Siz çox güclü və nüfuzlu rəqibinizə güc gələcəksiniz. Bir addım da olsa, geri çəkilməyin: öz mövqeyinizi qəti və sərt müdafiə etməlisiniz. Əgər köməyə ehtiyacınız varsa, köhnə dostlarınıza, güvəndiyiniz insanlara üz tutun. Yaxşı tanımadığınız «xeyirxah» birisi qoyun dərisi geymiş qurd ola bilər. 

    Sizin hər kəsə inanmağınız həm işdə, həm də şəxsi münasibətlərdə əleyhinizə işləyir. Hərdən fantaziyanız ona «kömək» olur: olmayanları elə uydurub «yerinə» qoyursunuz ki, hadisələri real qiymətləndirə bilmirsiniz. 

    Buğa - O qədər ehtiyatlı və müşahidəçilsiniz ki, ən hiyləgər düşməniniz də sizi yanılda bilmir. Reallığı düzgün qiymətləndirmək bacarığınız həm düzgün qərar verməyə, həm də başqalarını panikaya salan situasiyalarda təmkininizi qoruyub saxlamağa imkan verir. Liderlik xüsusiyyətləriniz parlaqdır: sizin ardınızca «dünyanın o başına» getməyə hazır olanlar bu gün kifayət qədərdir. 

    Enerjiniz çoxdur, ən ağır və yorucu işlərlə məşğul ola bilərsiniz. Daha xoş məşğuliyyət həvəskarları isə intim münasibətlərdə eksperimentlər edə bilərlər. 

    Əkizlər - Hamı sizi hövsələdən çıxarmağa çalışır. Həmkarlarınız tənbəllikləri, bəzən isə axmaqlıqları ilə, rəhbərlik isə məntiqsiz tələbləri ilə səbr kasanızı daşıracaqlar. Yaxınlarınız da onlardan gözlədiyiniz kimi hərəkət etmirlər. Üstəlik, bütün bu hallarda təmkininizi qoruyub saxlamalısınız! 

    Xoşbəxtlikdən, bu işin öhdəsindən gəlirsiniz. Hələ ətrafdakıların da əhvalını qaldırır, onları nikbinliyə kökləyir, hamı üçün mənəvi rahatlıq atmosferi yaradırsınız. Beləliklə, bu mürəkkəb gün dözümlü, bəzən hətta xoş olur. 

    Xərçəng - Uğuruna inanmadığınız işi əla başa vuracaqsınız. Bu qəfil qələbə əhvalınızı qaldıracaq, nikbinliyinizi artıracaq, yeni şücaətlərə sizi həvəsləndirəcək. Bir də görəcəksiniz ki, artıq başınız daha da mürəkkəb, amma çox maraqlı başqa bir işə qarışıb. Gün çox yorucu, amma xoş olacaq. Sizin nailiyyətlərinizi rəhbərlik və nüfuzlu adamlar görürlər: mükafat özünü çox gözlətməyəcək. 

    Təəssüf ki, yaxınlarınızla ünsiyyət üçün çox az vaxtınız qalır, onlarınsa sizin diqqətinizə çox ehtiyacları var. Odur ki, qrafikinizi elə qurmağa çalışın ki, sizin üçün dəyərli olan insanların qəlbini qırmayasınız. 

    Şir - Bu gün gözlədiyinizdən daha sakit keçir. Məlum olacaq ki, sizi narahat edən bəzi problemlər öz-özünə həll olunub, bir qismi aktuallığını itirib, digərləri iləsə artıq başqaları məşğul olurlar. Sizə isə elə də vacib olmayan, amma xoş məşğuliyyətlər qalır. 

    Yaxınlarınızla münaqişəniz ola bilər. Bəzən siz yersiz olaraq emosiyalarınıza nəzarəti itirirsiniz. Əsəbilik, cırnamaq sizə yaraşmır, amma siz bunu çox gec anlayırsınız. Amma bu səhvləri düzəltmək mümkündür, mübahisələrdən qaçmaq, küsülülüyü aradan qaldırmaq olar. Xeyli pul xərcləyə bilərsiniz, amma buna təəssüflənməyəcəksiniz. 

    Qız - Hər şey elə də asan deyil, amma heç sizin də təslim olmaq niyyətiniz yoxdur. Afərin! Belə də lazımdır. Bu gün çox işləməli olacaqsınız, amma zəhmətiniz hədər olmayacaq. Maraqlı tanışlıqlar mümkündür, bəzi Qızlar faydalı əlaqələr quracaq, maraqlı iş təklifləri alacaqlar.

    İstənilən israfdan qaçın. Zərərli vərdişlərdən çəkinin. Çoxlu pul və dəyərli hədiyyələr ala bilərsiniz. 

    Tərəzi - Bu günün həm müsbət, həm də mənfi tərəfləri var. Peşəkar sahədə, karyerada və maliyyədə bəxtiniz gətirir. Amma şəxsi həyatınız barədə bunları söyləmək çətindir. Amma elə düşünməyin ki, sevgidə lap bədbəxtlik olacaq: hərdənbir uğurlar gözlənilir, əsas olanı isə bu məqamları qaçırmamaqdır. 

    Qiymətli kağızların alınması, biznesə yatırımlar (xüsusilə də elm və yüksək texnologiyalar sahəsində) üçün uğurlu gündür. Sərfəli sövdələşmələr mümkündür. Qiymətli hədiyyə ala bilərsiniz. 

    Əqrəb - «Hər şey yaxşılığa doğru» - sizin bugünkü əhvalınıza uyğun gələn müdrik fəlsəfəni belə xarakterizə etmək olar. Yəni baş verən hadisələrə sevinir, durğunluq olanda da narahatlıq keçirmirsiniz. İş görməyə tələsmir, planların reallaşdırılmasını təxirə salırsınız. Əslində, çox ağıllı iş görürsünüz, aktiv fəaliyyət üçün bu gün elə də münasib deyil. 

    Bir az tənbəllik edə, dostlarınızla yaxşı vaxt keçirə, dadlı təamlar hazırlayıb nuş edə, əylənə bilərsiniz. Həyatı yaşamaq həvəsindəsiniz, o da sizi cavabsız qoymur. 

    Oxatan - Yaradıcı Oxatanlar üçün əla gündür: yuxudan sanki ilham pərisilə birgə oyanırsınız. Gün ərzində çoxlu yeni ideyalarınız peyda olacaq. Rutin, monoton işlərə diqqət yetirmək sizə çətin olacaq: fikirləriniz daha maraqlı planların yanındadır, bu səbəbdən də çoxlu səhvlər edirsiniz.

    Romantik ruha köklənmisiniz, istənilən görüşü yaddaqalan edə, sevgilinizi diqqətiniz, yaxud qeyri-adi sürprizlə sevindirə bilərsiniz. Pul ala bilərsiniz, amma bunlar istədiyiniz məbləğ həddində deyil. 

    Oğlaq - Mürəkkəb gündür, baş verən hadisələr sizi narahat edəcək. Ən çox da şəraitin qeyri-müəyyənliyi fikirlərinizi qarışdırır: vəziyyəti çözmək istəyir, amma heç cür buna nail ola bilmirsiniz. İşgüzar danışıqlar aparmaq məsləhət deyil: iş ortaqlarınıza təzyiq göstərməyə meyllisiniz, bu isə onların xoşuna gəlməyəcək. 

    İri alış-veriş üçün münasib gün deyil (bahalı üst geyimi istisna olmaqla), xırda-xuruşa isə pul xərcləmək olar. əlinizə az miqdarda pul gələcək. 

    Dolça - Mənfi tendensiyaların təsiri ilə mübarizə aparmaq asan deyil, amma onlara qalib gəlmək şanslarınız var. İmprovizə edin, orijinal üsullardan qaçmayın, fantaziyanıza nə qədər imkan yaratsanız, bir o qədər yaxşıdır. Tapdanmış cığırlar isə sizi istədiyiniz yerlərə aparmayacaq. 

    Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Dostlarınız da sizi tənqid edəcəklər. Çox hissiyyatlısınız, bu səbəbdən hətta yumşaq və haqlı irada da kəskin reaksiya verirsiniz. Maliyyə itkiləri, uğursuz alış-veriş mümkündür. 

    Balıqlar - Sakitliyinizi qoruyub saxlamağa çalışın - bu gün uğur qazanmaq üçün bu, çox vacibdir. Qarşınızda xeyli yaxşı imkanlar açılır, bunlardan yalnız ən maraqlısını seçin. Ağılla hərəkət edin, intuisiyanıza isə çox güvənməyin, yanıla bilərsiniz. Yeni kəşflər edə, qiymətli məlumat ala bilərsiniz, odur ki, müşahidənizi gücləndirin. 

    Günün ikinci yarısını yaxşı olar ki, evdə keçirəsiniz. Özünüzə macəra axtarmayın. Uzunmüddətli səfərlərdən, xüsusilə də qaranlıq vaxtı, çəkinin.

    Bölmə: Maraqlı | Baxılıb: 748 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 1
    0  
    1 yagmur   (11.05.2012 12:22) [Xəbər]
    lima dostik eladir eee hamisi duz cixir twkler applause applause heart heart

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz