Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Şənbə, 27.04.2024, 06:57
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 24 » Günün qoroskopu (24.05.2012)
    12:08
    Günün qoroskopu (24.05.2012)


    Gün bir çoxları üçün maraqlı və uğurlu olacaq. Yaxşı imkanlar yaranır, hadisələrin inkişafı necə hərəkət etmək lazım olduğuna dair düzgün təsəvvür yaradacaq. 

    Danışıqlar əla keçir, mürəkkəb məsələlərin müzakirəsi mümkündür. Həm işgüzar, həm də şəxsi işləri həll etmək olar. Güclü intuisiya səhvlərdən qaçmağa kömək edir. 

    Çoxlarının enerjisi, həyat eşqi aşıb-daşır. İdman, yoqa, profilaktiki və müalicəvi prosedurlar üçün yaxşı gündür. Aromaterapiya faydalı olacaq. Psixoloqun köməyindən yararlanıb uzun müddət həyatı zindana çevirən problemlərdən qurtulmaq olar. 

    Qoç - Yaxşı gün deyil. İşdə xeyli probleminiz yaranır. İstirahət, gücünüzün bərpası üçün bir dəqiqə də olsun, boş vaxtınız yoxdur. Mənəvi tarazlığınızı qoruyub saxlamaq çətin olacaq. Sizə hərdən elə gəlir ki, ətrafınızdakıların hamısı sizə düşmən kəsilib, yer ayağınızın altından qaçır. Ancaq bu günün bütün problemlərini həll etmək mümkündür. Belə fikirləşin - əhvalınız yüksələcək. 

    Yeni tanışlar tapa, bir qədər açıq olsanız, köhnə dostlarla münasibətlərinizi bərpa edə bilərsiniz. Bu gün ikiüzlülük edib, hisslərinizi gizlətmək sizə çətin olacaq. 

    Buğa - Asan olmasa da, günün sonunda yekunları nəzərdən keçirərkən narazı qalmayacaqsınız. Düşünülməmiş hərəkətlərdən qaçır, şübhəli ünsiyyətlərdən kənar gəzir, ümumiyyətlə, özünüzü çox ağıllı aparırsınız. Odur ki, ciddi xoşagəlməzliklərin sizdən yan keçməsi üçün bütün şanslarınız var. Səfərə çıxa, yaşayış, yaxud iş yerini dəyişə bilərsiniz. Amma bir şərt var - bütün təşkilati işlər əvvəlcədən hazırlanmalıdır. 

    İri alış-veriş, əyləncələrə pul sərf etmək məsləhət deyil. Romantik görüşlər elə də yaxşı keçmir, sevgilinizlə mübahisə edə bilərsiniz.

    Əkizlər - Çox uğurlu gündür. İşdə xeyli qabağa gedə bilərsiniz: həllini gözləyən məsələlər nə qədər qəlizdirsə, siz onların öhdəsindən bir elə asanlıqla gəlirsiniz. Yeni tərəfdaş və hamiləriniz peyda ola bilər. Biznesinizi genişləndirmək, tamamilə yeni bir işə başlamaq, müstəqil fəaliyyətə keçmək olar. 

    Bu günə istənilən görüş təyin edə bilərsiniz. Həm dostlarla, həm iş ortaqlarınızla, həm də sevgilinizlə görüşləriniz əla olacaq. Çox cazibədarsınız, bu isə istənilən məsələnin həllində sizə əla kömək edir. Günün ikinci yarısı əlinizə pul gələcək. 

    Xərçəng - Sanki həftənin «ekvator»unda dayanmısınız - pis və yaxşı günlərin arasında. Hələlik tələsməyin: sonrakı günlər daha uğurlu olduğundan planlarınızın reallaşdırılmasını bu gün təxirə salın. Sizi yormayan işlərlə məşğul olun. Dostlarınızla ünsiyyət qurun, yeni insanlarla tanış olun. Bunlar sizə faydalı olacaq. 

    Təhsil almaq üçün yaxşı gündür, yeni məlumatları dərhal beyninizə yazırsınız. Bir çox Xərçənglər bu gün özlərində yeni istedadlar aşkarlayacaqlar. 

    Şir - Çətin gündür: asan qələbələrə və uğura ümid etməyin. Bədxahlarınız əllərini əllərinin üstünə qoyub oturmur, sizin üçün yeni-yeni tələlər qurur, üstəlik, sizi münaqişəyə cəlb etməyə çalışırlar. Dostlarınızdan isə xəbər-ətər yoxdur. Bəzən kömək üçün onlara iki-üç dəfə ağız açmalı olursunuz. 

    Ailə üzvləri ilə münaqişələr mümkündür. Ev işlərinə nə qədər çox diqqət ayırırsınızsa, bir o qədər çox kədərlənirsiniz - sən demə, sizdən başqa, evin problemlərilə maraqlanan yoxdur. Günün sonu səhhətiniz pisləşə bilər. 

    Qız - Daha bir mürəkkəb gün. Rəqiblərinizin gücü sizdən qat-qat çoxdur. Onları üstələməkdən ötrü dəridən-qabıqdan çıxır, əldən düşürsünüz. Qalib gəlmək üçün şansınız çox az olsa da, təslim olmayın, bugünkü inadınız çox işinizə yarayacaq. 

    Yeni işlərə başlamaq məsləhət deyil. Təzə tanışlarınızla da ehtiyatlı olun. Hamıya inanırsınız. Bu səbəbdən maliyyə itkiləriniz ola bilər. Həmçinin düşünülməmiş hərəkətlərə yol verə bilərsiniz. 

    Tərəzi - Bir qədər də dözün - çox tezliklə həyatınız asanlaşacaq. İşdə qarışıqlıq yaranması mümkündür. Sizə elə gəlir ki, rəhbərlik üzərinizə çox yük qoyur. Karyera və maaşın artırılması ilə bağlı məsələlər qaldırmaq zamanı deyil. 

    Yaxınlarınızla da aranız tez-tez dəyir. Şəxsi münasibətlərinizdə soyuqluq hiss olunur. Yalnız öz problemlərinizlə məşğul olmaq istəsəniz də, ətrafınızdakılar bunu anlamaq istəmirlər. Uzaq səfərlərə çıxmaq məsləhət deyil. 

    Əqrəb - Neytral gündür. Qeyri-adi təəssüratlar axtarışındasınız, amma aza qane olmaq məcburiyyətindəsiniz. Köhnə dostlarınızla aranızda fikir ayrılıqları yaranır, yeni tərəfdaşlarınız isə sizi düzgün başa düşmürlər. Ancaq bütün məsələləri səmimi söhbətlə yoluna qoymaq olar: öz zəifliklərinizi etiraf etməkdən çəkinməyin. 

    Xərcə düşə bilərsiniz, amma bu, əbəs olmayacaq. Günün ikinci yarısı düşünülməmiş hərəkətlərə yol verməyin. 

    Oxatan - Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Onları qəbul etməyə tələsmirsiniz və bu da çox ağıllı hərəkətdir: əvvəlcə hər şeyi yaxşıca götür-qoy etmək lazımdır. Siz tələsmir, kənardan təzyiqə imkan vermir və bu səbəbdən düzgün qərarlar qəbul edirsiniz. Xırda problemlər fikrinizi yayındırır. Müştərək işdə çətinliklər yarana bilər. Təklikdə isə çox gözəl işləyirsiniz. 

    Günün ikinci yarısı uzaqdan pis xəbərlər ala bilərsiniz. Kefinizi pozmayın, narahat olmayın: məlumatı dəqiqləşdirdikdən sonra o, sizə elə də vacib görünməyəcək. 

    Oğlaq - Çox uğurlu gündür. Vaxtınızı düzgün hesablasanız, əla nəticələrə nail ola bilərsiniz. Sizin üçün rəyi vacib olan insanlarla işgüzar məsələləri müzakirə etmək imkanınız var: aldığınız məsləhətlər çox faydalı olacaq. Şəraiti azacıq da olsa, dəyişmək əhvalınıza müsbət təsir göstərəcək. 

    Bu gün yeni evə köçə, yaxud iş yerini dəyişə bilərsiniz. Daxil olan təkliflər çox yaxşıdır, bunları nəzərdən keçirməyiniz pis olmaz. Pul ala bilərsiniz. Xoş təsadüf nəticəsində maliyyə vəziyyətinizin xeyli yüksəlməsi də mümkündür. 

    Dolça - Əgər risk etməsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz, amma vaxtında risk etsəniz, o zaman möhtəşəm qələbələr sizindir. Həm işgüzar, həm şəxsi xarakterli maraqlı təkliflər ala bilərsiniz. İnsanlar sizə doğru can atırlar, bunun üçün səy göstərmək də lazım gəlmir. 

    Gəzintiyə, səyahətə çıxa bilərsiniz. İdmanla məşğul olmaq sizi gümrahlaşdıracaq. Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq.

    Balıqlar - Uğurlu gündür. Böyük və mürəkkəb bir layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Çoxdankı dostlarınız və tanışlarınızla görüşlər sizi sevindirəcək. Əvvəllər qırılmış bəzi əlaqələri bərpa etmək mümkündür: bunu edib-etməmək barədə uzun müddət düşünəcəksiniz, verdiyiniz qərar sizi peşman etməyəcək. 

    Həm məntiqiniz, həm intuisiyanız əla «işləyir», bu səbəbdən səhv buraxmırsınız. Yaradıcı potensialınız yüksəkdir. Parlaq ideyalarınız kifayət qədərdir.

    Bölmə: Maraqlı | Baxılıb: 564 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 1
    0  
    1 _Lemka_   (28.05.2012 10:16) [Xəbər]
    Şir - Çətin gündür: asan qələbələrə və uğura ümid etməyin. Bədxahlarınız əllərini əllərinin üstünə qoyub oturmur, sizin üçün yeni-yeni tələlər qurur, üstəlik, sizi münaqişəyə cəlb etməyə çalışırlar. Dostlarınızdan isə xəbər-ətər yoxdur. Bəzən kömək üçün onlara iki-üç dəfə ağız açmalı olursunuz.

    Ailə üzvləri ilə münaqişələr mümkündür. Ev işlərinə nə qədər çox diqqət ayırırsınızsa, bir o qədər çox kədərlənirsiniz - sən demə, sizdən başqa, evin problemlərilə maraqlanan yoxdur. Günün sonu səhhətiniz pisləşə bilər.
    surprised

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz