Tanınmış yapon avtomobil şirkəti yeni "Nissan Juke-R”-in qiyməti ilə bağlı qərar verib.
yeni Nissan-ın qiyməti 590 min dollar olacaq. Bu barədə mətbuata açıqlamasında şirkətin amerika bölməsinin vitse-prezidenti Devit Reyter bildirib.
Şirkət rəsmisinin sözlərinə görə, qiymətin bahalığı onunla bağlıdır ki, yeni "Nissan Juke-R” hər bir müştəri üçün ayrıca düzəldiləcək.
Təsdiq olunmamış məlumatlara görə, artıq üç avtomobil sifariş olunub.