Yaponiyalı qadın dünyanın ən hündür zirvəsinə çıxıb
Yaponlar dünyanı fəth etməkdə biriciliklərini qoruyub saxlaya bilirlər.
Bu dəfə birinci olan yapon isə 73 yaşlı qadındır. Anq Çerinqa adlı qadın
sözün əsl mənasında dünyanı fəth edib, bu yaşda olmasına baxmayaraq o,
dünyanın ən hündür nöqtəsi olan Everestə qalxmağa müvəffəq olub. Bununla
da, 73 yaşlı nənə dünyanın ən hündür dağını fəth edən planentin ən
yaşlı qadını olub.
Comolunqma adı ilə də tanınan zirvənin hündürlüyü 8844 metrdir. Everest
Nepalla Çinin sərhəddində yerləşir, lakin dağın zirvəsi isə Çin
ərazisinə düşür.