İnan anlamıram.. Ağlım dərk etmir! Sənə hirsləndiyimdə, "sus" deyir.. Darıxdığımda, "gözlə".. Qışqırmaq gəldiyində içimdən, "saxla".. Səsini eşitmək istədiyimdə, "dayan".. İnan ki anlamıram.
Qəribədir ki; hər istəyimə bir cavabı olsa da, Cümlələrimi tamamladığı da olur.. Bəzən səni axtarmama icazə verir.. Tam icazə verdiyində, içimi qıdıqlayır.. Bir tərpənmədir, gedir. Doğum sancısı kimi!.. Səni hər düşündüyümdə, Yanağıma bir təbəssüm oturdur. Ağlım dərk etmir.. Necə bir şeydir bu? Nəyə bənzəyir? Həyəcanamı bənzəyir, narahat gözləyişlərin ardına saxlandığında.. Yoxsa, qaçıb qaçırırmı səni məndən, hər uzaqlaşdığında.. Elədir ki var ; nə vaxt uzaqlaşar kimi olsan, Mən yerimdə sayıram.. Nə ardımda səni buraxa bilirəm, Nə də arxamca səni götürə bilirəm. İnan anlamıram, ağlım dərk etmir!.. Gözlərimin içini parladır, Mən belə aynada tanıya bilmirəm gördüyümdə.. Sonra.. Birdən sulandırır.. Tökür göz yaşlarımı, Sovurur əsassızca.. Hər şeyə baxmayaraq, həmişə səni əmanət edir mənə.. Özünü qoruyur bəlkə də.. Sevgi desəm deyil, Daha böyük.. Qorxu desəm deyil, Daha qəribə.. Həyəcan desəm deyil, Daha sevimli.. Bir ovuc təklik desəm deyil, Daha ümidli.. Adını sən qoy. Anlamıram inan!.. İnan ağlım dərk etmir..!!