Qədr gecəsinin Ramazanın neçənci gecəsi olduğu haqqında bütün söylənənlər sadəcə ehtimaldır. Qəti vaxt isə Allah tərəfindən gizlin saxlanılmışdır. Belə rəvayət olunur ki, Peyğəmbərimiz(s.ə.s) Qədr gecəsinin vaxtını demək üçün qövmünün yanına gəlir. Bu zaman iki müsəlman nəyinsə üstündə dalaşırmış. Peyğəmbərimiz(s.ə.s) bunu görüb deyir" Sizə Qədr gecəsini bildirmək üçün gəlmişdim, lakin mübahisə etdiyiniz üçün Allah həmin bilgini məndən aldı." Qədr gecəsini Ramazanın son 10 günündə axtarmaq lazımdır. Son 10 günün 9-cu,7-ci və 5-ci gecəsində axtarın. Məlum olduğu kimi insan nəfsinin xüsusiyyətlərindən biri də günah işləməyə meyilli olmasıdır. Min gecədən xeyirli olan Qədr gecəsinin vaxtı dəqiq bilinmiş olsaydı, insanlar onu dəyərləmdirməyə cəhd göstərdikdən sonra arxayınçılıq yarana bilərdi. Rəbbimiz ölümü günlərin içində gizli saxlamışdır, öz rizasını saleh bəndələrinin içində saxlamışdır,qəzəbini günaların içində saxlamışdır
|