Almanyada yayımlanan həftəlik
xəbər jurnalı "Der Spiegel” Öyle bir geçer zaman ki” serialının
ulduzlarından olan Vilma Ellesdən müsahibə alıb.
Elles
müsahibədə İstanbuldakı aktrisalıq karyerasından və gündəlik həyatından
danışıb. Kölndə İslam və siyasi elmlər ixtisası üzrə oxuyan Elles
ailədə 5 övlad olduqlarını deyib. Türkiyədəki karyerasını qədəri
olduğunu söyləyən Elles, rejissorun onu fotoşəklinə baxıb kəşf etdiyini
söyləyib.
Almanya və Türkiyedə baş tutan iki görüşdən sonra rejissor Ellesə Karoline rolunu həvalə edib.
Elles deyib ki, serialdakı roluna görə onu sevməyənlər sonradan alman qızına isinişməyə başlayıblar.
Elles türklərin dəqiqliyinə heyran olduğunu bildirib, İstanbulu da dinamik və ilham verən bir şəhər kimi tərif edib.